Son xəbərlər (199)

Azərbaycan Turizm və Menecment Universitetində “Əsrin soyqrımı: Xocalı” mövzusunda dəyirmi masa təşkil olunub. Xocalı qətliamının 26- cı ildönümünə həsr edilən tədbirdə ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva “bu amansız və qəddar soyqırımın insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktı”  kimi daxil olduğunu bildirib. İ.Əliyeva çıxışı zamanı qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və rus hərbi birləşmələri tərəfindən 613 nəfər vəhşicəsinə öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qoca, uşaq, qadın əsir götürülüb. 8 ailə tamamilə məhv edilib. Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev müstəsna xidmətlər göstərib. Ümummilli liderin yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi fərman imzalanıb.  Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olunub. Tədbirdə deyilib ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Təsadüfi deyil ki, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə  “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində hər il müxtəlif tədbirlər – konfranslar, dəyirmi masalar, etiraz aksiyaları keçirilir və onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. “Xocalı faciəsi insanlıq adına ləkə vuran erməni millətçiləri tərəfindən təkcə XX yüzillikdə xalqımıza qarşı  apardıqları növbəti etnik təmizləmə və soyqırımı siyasətidir” deyən universitetin dosentləri Nəsrullah Nəsirli və Məhərrəm Zülfüqarlı “vətən tarixində qanla yazılan daha bir səhifəni unutmağa, unutdurmamağa mənəvi haqqımız yoxdur”- sözləri ilə çıxışlarına yekun vurublar.Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Turizm və Menecment Universitetinin Biznes İdarəçiliyi fakültəsində ilk məşğələ saatları Xocalı faciəsinə həsr olunub. Fakültə dekanı Anar Mirzəyev tələbələri vətən tarixini dərindən öyrənməklə bərabər, 26 il əvvəl erməni-rus hərbi birləşmələri tərəfindən yurdumuzda törədilən qətliamın dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştiraka səsləyib.

Fevralın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq layihələr və əməkdaşlıq proqramları çərçivəsində 2017/2018-ci tədris ilində xarici ölkələrdəki universitetlərdə bir semestr təhsil alıb qayıdan tələbələrlə görüş keçirilib.Görüşdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov bu şansdan faydalanan tələbələrin əmək bazarında universitet məzunu kimi layiqli yer tuta biləcəklərinə ümidvar olduğunu deyib. Yeni tədris ilində də ATMU tələbələrindən bir neçəsinin xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almalarının nəzərdə tutulduğunu diqqətə çatdırıb.ATMU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə beynəlxalq layihələr və əməkdaşlıq proqramında universitetin 7 tələbəsi iştirak edib. Onlardan 2 nəfər Mövlanə Mübadilə proqramı çərçivəsində Türkiyənin Sakarya Universitetində, 1 nəfər Erasmus+ proqramı çərçivəsində Eskişehir Anadolu Universitetində, 2 tələbə Almaniya Fedarativ Respublikasının Yade Tətbiqi Elmlər Universitetində və daha 2 nəfər tələbə isə Azərbaycan-Avstriya təhsil proqramı üzrə Avstriya Respublikasının Krems Tətbiqi Elmlər Universitetində nəzərdə tutulan bir semestr təhsil müddətini uğurla başa vurublar.Qeyd etmək lazımdır ki, 2017/2018-ci tədris ilinin ilk semestrində Beynəlxalq layihələr və əməkdaşlıq proqramından faydalanan ATMU tələbələrinə təhsil aldıqları xarici ölkə universitetlərinin rəhbərliyi tərəfindən müvəffəqiyyət arayışları və müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov fevralın 23-də Azərbaycanda ilk dəfə olaraq yanvarın 4-dən 11-dək “Gilan Hospitality Group”un təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalında könüllü olaraq fəaliyyət göstərən universitet tələbələri ilə görüşüb. Rektor İ.Mədətov bu festivalın Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Tədbirin əsas təşkilatçısı “Gilan Hospitality Group”un rəhbərlliyi tərəfindən ATMU tələbələrinin festivalda bələdçi statusunda uğurlu fəaliyyətlərini  universitetin ixtisaslı kadr hazırlığına böyük rəğbəti kimi dəyərləndirib. Azərbaycan Turizm və Menecment Univeritetinin rektoru İlham Mədətov və müvafiq struktur rəhbərləri tərəfindən səmimi qarşılandıqları üçün təşəkkür edən “Gilan Hospitality Group”un Təlim üzrə meneceri Rəşad Hüseynzadə və Qrup satış meneceri Fərid Dibirov universitet tələbələrinin təmannasız fəaliyyətlərindən, işgüzarlıqlarından məmnun qaldıqlarını bildirdilər. Tələbələrin könüllülük fəaliyyətlərinin müsbət qiymətləndirilməsini rəsmiləşdirmək məqsədilə “Gilan Hospitality Group” tərəfindən təsis olunan sertifikatlar tələbələrə təqdim olunub.Qeyd edək ki, 2009-cu ildən keçirilən festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Ukraynada təşkil edilib.

Bu gün (22 fevral 2018-ci il) Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının təşkilatçılığı ilə “Turizmdə müasir marketinq strategiyaları” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə açan  universitetin “Marketinq” kafedrasının müdiri Anar Eminov iştirakçılara regionlarda vaxtaşırı aparılan tədqiqat və sorğuların səmərəsi barədə ətraflı məlumat verib. Təlim prosesində turizm sektorunda müştərilərin ehtiyacları və regionlarda turist axınının gücləndirilməsi istiqamətlərini təhlil edən ekspert Arzu Qafarlı  tələbələrə satışın yüksək səviyyədə idarəedilməsi, müştəri ilə düzgün ünsiyyətdə nitq mədəniyyətinin önəmli faktor oduğunu deyib. Təlimə yekun vuran “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev universitet tələbələrinin konkret mövzular üzrə maarifləndirilməsi məqsədinin potensial kadr hazırlığına təkan verəcəyini diqqətə çatdırıb. Təlimdə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.Qeyd etmək lazımdır ki, ATMU-nun müvafiq ixtisas qruplarında təhsil alan tələbələrindən ötrü nəzərdə tutulan növbəti təlim zamanı yerli və regional turizmin inkişaf etdirilməsi strategiyaları və yeni strateji hədəflər müzakirə predmeti olub.

6 -dən səhifə 50

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…