Son xəbərlər (266)

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsullarının təhlükəsizliyi” mövzusunda təlim-seminara start verilib.  “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə oktyabrın 17-dən 19-dək davam edən təlim-seminarı Yunanıstanın Aralıq dənizi Aqrar Universitetinin müəllimi Corc Angelakes aparır. Tədbirin ilk günündə yunanıstanlı mütəxəssis fəaliyyət göstərdiyi universitetin məqsəd və vəzifələri, hədəfləri,o cümlədən təlim-seminarın məhz ATMU-da təşkili barədə  ətraflı məlumat verib. Dünya təcrübəsinə əsaslanmaqla qidanın turizmdəki roluna mütəxəssis kimi  mövqe bildirən C.Angelakes, 3 günlük təlim-seminarın gedişatında qida məhsullarının təhlükəsizlyi baxımından əhəmiyyətli sayılan yeni  məlumatları detallı şərh edəcəyini də deyib.Təlim-seminarda Azərbaycan Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və tələbələri, həmçinin “New Baku” otelinin restoran bölməsinin meneceri Rəşad Hüseynov, AMEA Botanika İnstitutunun elmi işçisi Kamal Əskərov iştirak edirlər. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsullarının təhlükəsizliyi” mövzusunda təlim-seminara start verilib.  “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə oktyabrın 17-dən 19-dək davam edən təlim-seminarı Yunanıstanın Aralıq dənizi Aqrar Universitetinin müəllimi Corc Angelakes aparır. Tədbirin ilk günündə yunanıstanlı mütəxəssis fəaliyyət göstərdiyi universitetin məqsəd və vəzifələri, hədəfləri,o cümlədən təlim-seminarın məhz ATMU-da təşkili barədə  ətraflı məlumat verib. Dünya təcrübəsinə əsaslanmaqla qidanın turizmdəki roluna mütəxəssis kimi  mövqe bildirən C.Angelakes, 3 günlük təlim-seminarın gedişatında qida məhsullarının təhlükəsizlyi baxımından əhəmiyyətli sayılan yeni  məlumatları detallı şərh edəcəyini də deyib.Təlim-seminarda Azərbaycan Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və tələbələri, həmçinin “New Baku” otelinin restoran bölməsinin meneceri Rəşad Hüseynov, AMEA Botanika İnstitutunun elmi işçisi Kamal Əskərov iştirak edirlər. 

Bu gün (18.10.2016) Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib. Yubiley tədbirində ATMU-nun rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov giriş məruzəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci il ildönümünün dövlət səviyyəsində təntənəli qeyd olunması haqqında imzaladığı sərəncamı şərəfli vətən tarixinə dərin ehtiramın təzahürü kimi dəyərləndirdi. E.Aslanov tədbir iştirakçılarının  diqqətinə çatdırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olması səbəblərindən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilli haqqında Konstitusiya Aktı” qəbul olundu. Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanındı. Lakin dövlət müstəqilliyimizin bərpasından təxminən iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Və bu zaman böyük siyasi təcrübəyə malik ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə keçirilən elmi- praktik konfransda t.ü.f.d., dos. M.Zülfüqarlının “Azərbaycan milli azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpasında rolu” və Biznes idarəçiliyi fakültəsinin dekan müavini A. Mirzəyevin  “Azərbaycan Respublikasının son 25 ildə əldə etdiyi iqtisadi uğurlar” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Elmi- praktik konfrans geniş fikir mübadiləsi ilə başa çatdı.Bu gün (18.10.2016) Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib. Yubiley tədbirində ATMU-nun rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov giriş məruzəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci il ildönümünün dövlət səviyyəsində təntənəli qeyd olunması haqqında imzaladığı sərəncamı şərəfli vətən tarixinə dərin ehtiramın təzahürü kimi dəyərləndirdi. E.Aslanov tədbir iştirakçılarının  diqqətinə çatdırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olması səbəblərindən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilli haqqında Konstitusiya Aktı” qəbul olundu. Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanındı. Lakin dövlət müstəqilliyimizin bərpasından təxminən iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Və bu zaman böyük siyasi təcrübəyə malik ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə keçirilən elmi- praktik konfransda t.ü.f.d., dos. M.Zülfüqarlının “Azərbaycan milli azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpasında rolu” və Biznes idarəçiliyi fakültəsinin dekan müavini A. Mirzəyevin  “Azərbaycan Respublikasının son 25 ildə əldə etdiyi iqtisadi uğurlar” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Elmi- praktik konfrans geniş fikir mübadiləsi ilə başa çatdı.

 Azərbaycan Turizm və Menecment Universiteti “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbə proqram çərçivəsində növbəti dərslərini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu”nun sınaq laboratoriyalarında keçiblər.Tanışlıq turunda direktor müavini Xədicə Məmmədova institutun çoxillik fəaliyyətindən danışıb. Biokimya laboratoriyasının müdiri Şamil Tahirov isə ATMU tələbələrinə istehsal prosesinin texnologiyası haqqında ətraflı məlumat verib. Praktik məşğələnin sonunda “Qida mühəndisliyi”ixtisası üzrə təhsil alan universitet  tələbələrindən ötrü    laboratoriya şəraitində    dərs prosesinin təşkili  məqsədəuyğun sayılıb. Azərbaycan Turizm və Menecment Universiteti “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbə proqram çərçivəsində növbəti dərslərini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu”nun sınaq laboratoriyalarında keçiblər.Tanışlıq turunda direktor müavini Xədicə Məmmədova institutun çoxillik fəaliyyətindən danışıb. Biokimya laboratoriyasının müdiri Şamil Tahirov isə ATMU tələbələrinə istehsal prosesinin texnologiyası haqqında ətraflı məlumat verib. Praktik məşğələnin sonunda “Qida mühəndisliyi”ixtisası üzrə təhsil alan universitet  tələbələrindən ötrü    laboratoriya şəraitində    dərs prosesinin təşkili  məqsədəuyğun sayılıb.

Oktyabrın 12-də Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatının hesabat- seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov tələbə- gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu dedi. Hər bir gəncin təhsil uğurlarında ictimai fəaliyyətin də əhəmiyyətli rol oynadığını konkret faktlarla isbatladı. ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini Anar Fərmayılov, Tələbə Gənclər Təşkilatının sədr müavini Cahandar Məmmədov 2006-cı ildən fəaliyyətdə olan təşkilatın geniş hesabat- təqdimatı ilə çıxış etdilər. Yığıncaqda açıq səsvermə yolu ilə universitetin “Biznes idarəçiliyi” fakültəsinin II kurs tələbəsi Qoşqar Rzalı təşkilatın yeni sədri seçildi. ATMU-da keçirilən hesabat- seçki yığıncağında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak edib.Oktyabrın 12-də Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatının hesabat- seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov tələbə- gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu dedi. Hər bir gəncin təhsil uğurlarında ictimai fəaliyyətin də əhəmiyyətli rol oynadığını konkret faktlarla isbatladı. ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini Anar Fərmayılov, Tələbə Gənclər Təşkilatının sədr müavini Cahandar Məmmədov 2006-cı ildən fəaliyyətdə olan təşkilatın geniş hesabat- təqdimatı ilə çıxış etdilər. Yığıncaqda açıq səsvermə yolu ilə universitetin “Biznes idarəçiliyi” fakültəsinin II kurs tələbəsi Qoşqar Rzalı təşkilatın yeni sədri seçildi. ATMU-da keçirilən hesabat- seçki yığıncağında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak edib.

60 -dən səhifə 67

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…