Son xəbərlər (247)

ATMU-nun “İngilis dili” kafedrasının müdiri dosent Əzizə Məmmədova 16-19 may 2018-ci il tarixində Riqa Texniki Universitetinin Tətbiqi Dilçilik İnstitutunda Tərcümə problemlərinə həsr olunmuş Meaning in Translation: Illusion of Precision beynəlxalq konfransda iştirak etmişdir.Məlumatda bildirilir ki, adıçəkilən ali təhsil müəssisəsinin struktur rəhbərinin konfransa təqdim etdiyi “Terminologiya Tərcüməsi, Turizm terminologiyasının Azərbaycan dilinə tərcüməsi yolları və çətinlikləri” (“Terminology in Translation, Ways and Difficulties in Translating Tourism Terminology into Azerbaijani”) məqaləsi tədbir iştirakçılarında maraq doğurmuşdur.Konfransda iştirakı zamanı Ə.Məmmədova Riqa Texniki Universitetinin Tərcümə ixtisası ilə əlaqələrin yaranması istiqamətində faydalı danışıqlar aparmışdır.

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” çərçivəsində Azad İstehlakçılar İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti “Biznes idarəçiliyi” fakültəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Təhlükəsiz qida sağlamlığın zəmanətidir” adlı təlim keçirilmişdir. Təlimi giriş sözü ilə açan “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev çıxışında qida təhlükəsizliyinin turizm sektoru üçün əhəmiyyətindən danışdı. Azad İstehlakçılar İctimai Birliyinin nümayəndələri Fərrux Əsgərov, Nizami Musayev istehlakçıların qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri”, “Qida təhlükəsizliyinin idarəedilməsi sistemi” mövzularında çıxış etmişlər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və iştirakçıların istehlakçı kimi öz hüquqularından xəbərdar olmasına dair kiçik sorğu təşkil edilmişdir.

Azərbaycan Turizm və Menecment Universitetində E-learning üzrə tədrisdə innovativ təlim metodları və texnologiyaların tətbiqi mövzusunda silsilə təlimlər yekunlaşıb.Əsas məqsəd olaraq akademik heyətin bu istiqamətdə bilik və bacarıqlarını artırmaqla, informasiya məhsul və xidmətlərinə olan tələbatın dolğun ödənilməsidir. İnformasiya cəmiyyətində müəllim, öz biliklərini daima yeniləməklə yanaşı texnoloji yenilikləri də çevik şəkildə mənimsəməyi bacarmalıdır. İnformasiya cəmiyyətinə xas olan tədris vasitələri - elektron tədris nəşrləri, öyrədici kompüter sistemləri və audio-video materiallar əsas vəsait hesab olunduğundan informasiya –kommunikasiya texnologiyaları ilə işləmək bacarığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ali təhsil müəssisəsində "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib. Təlimin məqsədi Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncam ilə qəbul edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"-nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi" üzrə maliyyə savadlılığının artırılması idi. Təlim prosesinə qatılan universitet tələbələri Maliyyə Bazarlarına Nəzarət Palatası; Ticarət Əməliyyatlarına Nəzarət idarəsinin böyük analitiki Arif Cəlilov və Bakı Fond Birjasının əməkdaşı Əli Orucov tərəfindən hazırlanan  kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə aid təqdimatların dinləyiciləri olublar. Onu da qeyd etmək lazımdır ki, tədbir nəzəri və praktik müstəvidə təşkil olunub. Təlimdə “Hotel New Baku” (Turizm-ASK) və “Balion Group”un rəhbərləri - Ceyhun Aşirov və Bəşir Hacıyev fəxri qonaq statusunda iştirak ediblər. Təlimin sonunda fəal iştirakçılara sertifikatlar verilib.

7 -dən səhifə 62

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…