Son xəbərlər (372)

Azərbaycan Sosial İş İctimai Birliyi (ASİB) ilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) sosial iş ixtisası üzrə əməkdaşlığı uğurla davam edir. Bu çərçivədə 28 mart 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində "Beynəlxalq Sosial İş Günü" ilə bağlı tədbir həyata keçirildi. Tədbirdə  ASİB-nin Bakı şəhərində keçirdiyi sorğular, hazırladığı "Görünməz qəhrəmanlar" və "Sevgi ilə toxunan xoşbəxtlik" adlı kampaniyaların nəticələri, qısametrajlı "Güzgü" filmi  təqdim olundu və sosial problemlərlə bağlı bir sıra çıxışlar  dinlənildi. ATMU rəhbərliyi, “Xidmət  mühəndisliyi”  fakültəsinin dekanı  dos. Sevda Vəzirova, “Sosial iş” ixtisasında təhsil alan tələbələr, "SOS Uşaq Kəndləri", " Qızıl Aypara Cəmiyyəti", "Damla” İctimai Birliyinin, həmçinin digər qurum və təşkilat təmsilçilərinin iştirak etdiyi tədbirdə Bakı şəhərində miqrant kimi yaşayan əfqanıstanlı sosial işçi Mariya Adli dünyanın hansı nöqtəsində doğulmasından asılı olmayaraq insanlara qayğının başlıca amil kimi  şəxsi yaşam tərzi  əsasında şərh etdi.

Qobal səyahət və turizm sahəsində qabaqcıl texnologiya təminatçısı kimi tanınan, Baş ofisi ABŞ-ın Texas ştatının Sauzleyk şəhərində yerləşən Sabre şirkəti dünyanın təxminən 60 ölkəsində fəaliyyət göstərir. Sabre şirkətinin proqram təminatından gəlirlərin, uçuşların, işçi heyətin, o cümlədən hava xətti və otellər zəncirinin çoxfunksiyalı  fəaliyyət sferasında uğurla istifadə edilir. Sabre Azərbaycan şirkəti Bakıda  2014-cü ilin iyun ayından  peşəkar işçi heyəti ilə fəaliyyət göstərir. Ölkəmizdə turizm sənayesinin əhəmiyyətli iştirakçısına çevrilən Sabre şirkəti Silk Way Travel, Sindbad Travel, Carlton Travel Assistance, Spektr Travel, Europe Travel Assistance, Gilan Tourism, Globus Travel, Rayda Travel, GTN Tours və digər qabaqcıl turizm şirkətlərinə yuksək xidmət mədəniyyəti sayəsində qısa zamanda müştəri məmnuniyyəti qazana bilib.ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin təşkilatçılığı ilə 14-15 mart 2017-ci il tarixlərində Sabre Azərbaycan şirkətinin Bakıdakı ofisinin direktoru Qabil Allahverdiyev, qurumun baş meneceri Zaur Ələsgərov, biznes inkişafı üzrə direktoru Natiq Nəbiyev Azərbaycan Turizm və Menecment Universitetində tələbələrə təlim keçiblər. İki gün davam edən  təlim zamanı tələbələrə Sabre sistemi və müvafiq fəaliyyət çevrəsində bu  sistemdən məqsədəuyğun yararlanmanın başlıca üstünlükləri barədə ətraflı məlumat verilib. Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova təlimin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün  əhəmiyyətili olduğunu deyib. Qonaqlara ATMU ailəsi adından təşəkkürünü bildirib.  Qobal səyahət və turizm sahəsində qabaqcıl texnologiya təminatçısı kimi tanınan, Baş ofisi ABŞ-ın Texas ştatının Sauzleyk şəhərində yerləşən Sabre şirkəti dünyanın təxminən 60 ölkəsində fəaliyyət göstərir. Sabre şirkətinin proqram təminatından gəlirlərin, uçuşların, işçi heyətin, o cümlədən hava xətti və otellər zəncirinin çoxfunksiyalı  fəaliyyət sferasında uğurla istifadə edilir. Sabre Azərbaycan şirkəti Bakıda  2014-cü ilin iyun ayından  peşəkar işçi heyəti ilə fəaliyyət göstərir. Ölkəmizdə turizm sənayesinin əhəmiyyətli iştirakçısına çevrilən Sabre şirkəti Silk Way Travel, Sindbad Travel, Carlton Travel Assistance, Spektr Travel, Europe Travel Assistance, Gilan Tourism, Globus Travel, Rayda Travel, GTN Tours və digər qabaqcıl turizm şirkətlərinə yuksək xidmət mədəniyyəti sayəsində qısa zamanda müştəri məmnuniyyəti qazana bilib.ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin təşkilatçılığı ilə 14-15 mart 2017-ci il tarixlərində Sabre Azərbaycan şirkətinin Bakıdakı ofisinin direktoru Qabil Allahverdiyev, qurumun baş meneceri Zaur Ələsgərov, biznes inkişafı üzrə direktoru Natiq Nəbiyev Azərbaycan Turizm və Menecment Universitetində tələbələrə təlim keçiblər. İki gün davam edən  təlim zamanı tələbələrə Sabre sistemi və müvafiq fəaliyyət çevrəsində bu  sistemdən məqsədəuyğun yararlanmanın başlıca üstünlükləri barədə ətraflı məlumat verilib. Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova təlimin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün  əhəmiyyətili olduğunu deyib. Qonaqlara ATMU ailəsi adından təşəkkürünü bildirib.  

Portuqaliyanın Alqarve universitetinin professoru Joze Antonio S. Santos Avropa İttifaqının Tempus proqramına dair “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində olub.“Turizm və qonaqpərvərlik sahəsində innovasiya vasitəsi ilə rəqabət” mövzusuna həsr olunan tədbirə portuqaliyalı professor moderatorluq edib.   ATMU-nun müəllim və tələbələri portuqaliyalı professor-mütəxəssislə təhsil , turizm və qonaqpərvərlik istiqamətində fikir və düşüncələrini bölüşüblər.Portuqaliyanın Alqarve universitetinin professoru Joze Antonio S. Santos Avropa İttifaqının Tempus proqramına dair “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində olub.“Turizm və qonaqpərvərlik sahəsində innovasiya vasitəsi ilə rəqabət” mövzusuna həsr olunan tədbirə portuqaliyalı professor moderatorluq edib.   ATMU-nun müəllim və tələbələri portuqaliyalı professor-mütəxəssislə təhsil , turizm və qonaqpərvərlik istiqamətində fikir və düşüncələrini bölüşüblər.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1semestrlik təhsil imkanından uğurla faydalanıblar.    ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla görüşüblər. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa cənab səfirə görüş təklifini qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Görüş əsnasında ATMU tələbələrinin qarşıdakı tədris ilində  Türkiyənin müxtəlif nüfuzlu  otellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkaları  müzakirə olunub.Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1semestrlik təhsil imkanından uğurla faydalanıblar.    ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla görüşüblər. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa cənab səfirə görüş təklifini qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Görüş əsnasında ATMU tələbələrinin qarşıdakı tədris ilində  Türkiyənin müxtəlif nüfuzlu  otellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkaları  müzakirə olunub.

 

77 -dən səhifə 93

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…