Son xəbərlər (247)

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin “Turizm və qonaqpərvərlik” fakültəsinin təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı” mövzusunda Gənc tədqiqatçıların Respublika elmi-praktik konfrans keçirilimişdir. Tədbir iştirakçılarını salamlayan ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov diqqətə çatdırmışdır ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir.Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyətdə gənclərə qayğı göstərilir. Təsadüfü deyil ki,cəmiyyət həyatının müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər Heydər Əliyev çoxşaxəli tərəqqiyə əsaslanmış proseslərdə məhz gənclərin roluna xüsusi önəm vermşdir.Qeyd etmək lazımdır ki, Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur.”. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri idi. A.Eminov bildirib ki, hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərirdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar da elə gənclər idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirlər.Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmaqla bərabər, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda elmi potensiala əsaslanmış fəaliyyətlərini genişləndirirlər.Fürsətdən istifadə edib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının iştirakçılarına uğurlar arzulayıram. Universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, “Turizm biznesi” kafedrasının müdiri Bahadur Bilalov, ”Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev tədbirin əhəmiyyətindən, ölkəmizdə qeyri-neft sektorunun inkişafına dövlət qayğısından danışdılar.  7 may 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı” mövzusunda Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransında  ATMU-nun rəhbər, professor-müəllim, inzibati və tələbə heyəti, o cümlədən,  müxtəlif təhsil və sənaye müəssisələrindən nümayəndələr iştirak etmişdir.Konfransa təqdim olunan məqalələr Azərbaycanda turizmin inkişaf xüsusiyyətləri, Regionların turizm ehtiyatları, Mehmanxana biznesi sferasında göstərilən xidmətlərin müasir standartları, Müasir mehmanxana və restoran müəsisələrində təşkilati proseslərin təkmilləşdirilməsi, Müasir qida sənayesi müəssisələrində ərzaq təhlükəsizliyi problemləri adlandırılmaqla fərqli mövzularda 5 bölmə üzrə dinlənilmiş və müzakirə olunmuşdur. Konfransa 4 dildə (Azərbaycan, Türk, Rus və İngilis dillərində) Azərbaycan Turizm və Menecment Universiteti ilə yanaşı, Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Naxçıvan Dövlət Universitetindən məqalələr təqdim olunmuş və məruzələr dinlənilmişdir.Tədbirin sonunda bölmə rəhbərləri məruzələr, mübahisəli mövzular haqqında məlumat vermiş və ümumi müzakirələr çərçivəsində yekun vurulmuşdur..

Azərbaycan Turizm və  Menecment Universitetinin rektoru İlham Mədətov tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan mini-futbol və şahmat yarışı qaliblərinə diplomlar təqdim edilib.Qeyd etmək lazımdır ki, Nərimanov rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan mini- futbol yarışı üzrə  ATMU  komandasi Ali və Orta ixtisas Təhsil Müəssisələrinin Pedaqoji Kollektivləri arasında Nərimanov Rayon Turnirində III Yeri tutub. Qalibləri təbrik edirik.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi və İctimai Problemlərin Tədqiqi Assosıasiyasının təşkilatçılığı ilə “Qafqaz İslam Ordusunun qəhrəmanlıq tarixinin tədqiqi və təbliği” mövzusunda ilk seminar olub. Qeyd etmək lazımdır ki, universitetin “AXC-nin 100 illiyi” ilə bağlı tədbirlər planında adıçəkilən mövzuda 8 seminar- məşğələnin təşkili nəzərdə tutulub.Tədbirdə ali təhsil müəssisəsinin professor-müəllim və tələbələri iştirak ediblər.Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev şərəf tariximizi yazanlar qarşısında minnət borcumuzun böyük olduğnu diqqətə çatdırıb. Seminarı aparmaq, o cümlədən məruzə ilə çıxış etmək üçün sözü universitetin İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramova və Heydər Əliyev lektoriyasının rəhbəri, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlıya verib. Məruzəçi M.Zülfüqarlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad olunmasında Qafqaz İslam Ordusunun göstərdiyi rəşadətdən danışıb. Hər zaman Azərbaycanın Türkiyənin, Türkiyə Cümhuriyyətinin Azərbaycanın yanında olduğunu deyib. Nuru Paşanın Bakının azad olunması uğrunda apardığı döyüş şücaətindən fəxrlə söz açıb. A.Bayramov və M.Zülfüqarlı tələbələrin çoxsaylı suallarnı cavablandırıblar.

Yarandığı 2006- cı ildən beynəlxalq təcrübəni tətbiq edən, özünün müasir və milli marağı nəzərə alan  yanaşması ilə fərqlənən Azərbaycan Turizm İnstitutu turizm sənayesi üçün keyfiyyətli kadr hazırlığını müvəffəqiyyətlə həyata keçirib. 2014-cü ildə turizm institutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb . Bu, dövlət başçısının təhsilə, ölkənin turizm və menecment sahələrinin inkişafına göstərdiyi qayğının daha bir bariz nümunəsi, ATMU kollektivinin işinə verilən yüksək qiymət olmaqla bərabər, universitet qarşısında təkcə turizm sahəsində deyil, menecment, maliyyə, marketinq, regional inkişaf, qida mühəndisliyi, nəqliyyat sahəsində kadr hazırlığı istiqamətində məsuliyyət qoyulmasıdır.ATMU 12 illik fəaliyyəti dövründə artıq ölkədə turizm təhsili verən ali təhsil müəssisəsindən sənayenin müxtəlif sahələri üçün kadr hazırlığı üzrə təhsilin əsas ünvanına çevrilib.Həmsöhbətim universitetin rektori İlham Mədətovdur. Ondan Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı universitetdə görülən işlər barədə məlumat verməsini xahiş etdik.  İlham müəllim dedi:– Ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalara həmin sənədlərdə xüsusi yer ayrılıb. Bildiyiniz kimi, son illər Azərbaycanda turizm sektorunun inkişafını şərtləndirən xeyli sayda yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilib. Ölkəmiz beynəlxalq səviyyəli forumlara, sammitlərə və idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardısa, bu gün onların sayı 120-dən çoxdur. Ümumilikdə, son 2 ildə ölkəyə gələn turistlərin sayı 51 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub.İnamla deyə bilərik ki, Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Ölkəmizə səfər planlaşdıran turistlər ilin bütün fəsillərində diyarımızda gözəl istirahət edə bilirlər. Şahdağ Qış-Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. O cümlədən paytaxtda və digər şəhərlərimizdə fəaliyyət göstərən məşhur brend hotellərdə turistlərə yüksək səviyyədə keyfiyyətli və geniş çeşidli mədəni xidmət təklif olunur. Qeyd edilən amillərin icrası birbaşa ixtisaslı və peşəkar kadr hazırlığının uğurlu həllindən asılıdır.Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu dövrün tələblərinə uyğun müasirləşdirən dövlət başçımız cənab İlham Əliyev bütün görüş və çıxışlarında xüsusi vurğulayır ki, “Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir… İslahatlar davam etdirilməlidir... Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır.”– İlham müəllim, universitetdə təhsilin müasir səviyyəsi sizi qane edirmi?  Və məzunların sonrakı taleyi-işlə təminatından xəbəriniz varmı, onlar harada, nə işlə məşğuldurlar?    – Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində1600 nəfərdən çox, magistraturada 157, doktoranturada 26, dissertanturada 18, əlavə təhsil üzrə 28 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə təxminən 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2253 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanır.Bu günədək 2100 nəfərdən çox gənc universitetin bakalavr pilləsini bitirib. Onlardan 143 nəfəri magistr dərəcəsi alanlardır. Son 12 ildə universitet məzunlarından 175 nəfəri həm bakalavr, həm də  magistr pilləsində ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Hazırda isə 76 tələbə bu proqram üzrə bakalavr və magistr pilləsində təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu müəssisələrində, o, cümlədən turizm, nəqliyyat, ərzaq, neft sənayesi müəssisələrində uğurla fəaliyyət göstərirlər. Məzunlar nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər.ATMU Bolonya prosesinin tələblərini həyata keçirən ilk təhsil müəssisələrindən biri olub. 2006-cı ildə tədrisi tam olaraq bu prosesin tələblərinə uyğun qurmaq ali təhsildə müasirləşməyə doğru atılmış ilk mühüm addım idi. Tədrisin bu prinsiplər əsasında təşkili Avropa universitetləri ilə sərbəst əməkdaşlığa şərait yaradıb, ATMU Erasmus Mundus proqramına qoşulub və İMC Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarını uğurla həyata keçirməyə başlayıb.– “Tədris-təlim-təcrübə-tədqiqat” modelinə üstünlük verən ATMU-ya bu modelin tətbiqi nə verib?– Keçən 12 il ərzində ATMU bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub. Belə ki, universitetimiz 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü”, 2012-ci ildən  isə “Bilik  Şəbəkəsi”nin üzvü kimi qurumun təşkil etdiyi tədbirlərin fəal iştirakçısı olub.ATMU Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) və digər təşkilatların üzvüdür.  ATMU tərəfindən 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulmuş, müvafiq müqavilələr imzalanıb. Hazırda ATMU Mövlanə və Erasmus+ Mobillik proqramlarının fəal iştirakçısıdır.ATMU tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. Tələbələrimizin bir qismi Türkiyə, Rusiya, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstan, Çin və s. ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsi keçirlər. Həmçinin hər il yüzlərlə tələbəmiz ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərdə və otellərdə təcrübə proqramlarını icra edirlər.Təkcə turizm sənayesi deyil, həmçinin digər xidmət və istehsal sahələrində çalışanların əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisasartırmasına və yenidən hazırlanmasına (ixtisasdəyişmə¬sinə) nail olmaq üçün müvafiq işlər görülür. Belə ki, sənayenin 28 nəfər nümayəndəsi ATMU-da əlavə təhsil proqramı üzrə təhsil alır. Bununla bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün Bakıda və turizm potensialının yüksək olduğu digər bölgələrdə “Bələdçi”, “Turoperator və turagent” və “Qeydiyyat--ön büro” peşə istiqamətləri üzrə kurslar təşkil olunub. Bələdçi kurslarını bitirmiş şəxslərə Dünya Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq sertifikatları təqdim edilmişdir. Bu gün turizm bazarında milli akkreditasiyadan 6 xarici dil üzrə 42 nəfər, HOT 1, HOT 2 və TOT təlimlərindən isə ümumilikdə 20-dən çox bələdçi keçib. Həmçinin “Turoperator və turagent” və “Qeydiyyat--ön büro” peşə istiqamətləri üzrə yüzlərlə gənc təlim kurslarını bitirərək, öz ixtisasına uyğun iş tapıb. ATMU-da “QHT Məktəbi” adı altında vətəndaş cəmiyyəti təşkilatları üçün kadr hazırlayan kurslar fəaliyyət göstərir.– Bilirik ki, ATMU-da tədris müddətində xeyli proqramlar həyata keçirilir. Bu proqramlar tədris və təlimə hansı yenilikləri verib?– Tələbələrimiz dərsdənkənar vaxtlarında ölkədə keçirilən mühüm, o cümlədən beynəlxalq tədbirlərdə böyük könüllü korpusu ilə fəal iştirak ediblər. Erasmus--Mundus Proqramı çərçivəsində əməkdaşlarımızın müsabiqə yolu ilə xarici universitetlərə ezam olunması, təhsil ilə yanaşı, əhəmiyyətli tədqiqatların aparılması da təmin olunub və indiyədək 50-dən çox əməkdaş bu imkandan yararlanıb. Universitetin əməkdaşları Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən 3 layihədə də fəal iştirak ediblər. Fulbrayt, Robert Boş Fondu, CİM, Fransa İnstitutu proqramları çərçivəsində ATMU-ya dəvət olunmuş ingilis, alman, fransız və ispan dilini tədris edən xarici mütəxəssislər təlim və tədris prosesində yaxından iştirak edirlər. Dünyanın peşəkar turizm təlim mərkəzləri ilə əməkdaşlıq edilərək, ATMU müəllimlərinin bacarıqlarının artırılması üçün də vacib işlər görülür. ATMU  dövlət proqramı üzrə xaricdə turizm, menecment, marketinq, maliyyə və digər ixtisaslar üzrə təhsili alan şəxslərin ölkəyə döndükdən sonra universitetdə pedaqoji fəaliyyətə cəlb edilməsində maraqlıdır. Bu gün ATMU-da 184 nəfər pedaqoji fəaliyyətlə məşğul olur ki, onlardan 31 nəfəri dünyanın məşhur universitetlərinin məzunlarıdır. Bu universitetlər arasında Türkiyə, Almaniya, Fransa, ABŞ, Böyük Britaniya, Yunanıstan, Ukrayna, Rusiya,  İsveçrə, Macarıstan və digər ölkələrin nüfuzlu ali məktəblərinin adları vardır.ATMU-nun 15 məzunu hazırda universitetdə müəllim kimi əmək fəaliyyətini davam etdirir. Eyni sayda məzunumuz inzibati işlərdə çalışmaqdadır. Doktorantura təhsilində isə əsas məqsədimiz universitet üçün elmi-pedaqoji kadrlar hazırlamaqdır. 61 doktorantdan 43-ü hazırda ATMU-da inzibati və ya pedaqoji fəaliyyətlə məğul olur, qısa müddət ərzində onlardan 7 nəfəri müvəffəqiyyətlə fəlsəfə doktoru üzrə müdafiə etmişlər. Bu gənclərin ATMU-nun gələcək elmi-pedaqoji kadr korpusunun aparıcı xəttini formalaşdıracağına böyük ümid bəsləyirik.Qeyd edim ki, universitetdə tədris edilən fənlər üzrə proqramlar daim yenilənir, eyni zamanda,  246 adda tədris-metodiki vəsait universitetin vəsaiti hesabına çap olunub.– Elektron universitet ideyası barədə nə deyərdiniz?– Bununla bağlı deyə bilərəm ki, elektron universitet ideyası çərçivəsində ATMU-nun aidiyyəti şöbələri Maliyyə və Təhsil nazirliklərinin sifarişləri ilə “SİNAM” şirkətinin hazırladığı “FERABİ” proqramı ilə təchiz olunmuş ilk ali təhsil müəssisələrindən biridir. Həmçinin İnformasiya Texnologiyaları bazarında olan şirkətlərdən biri ilə anlaşmaya əsasən ATMU üçün xüsusi elektron universitet proqramı təminatı həyata keçirilir.ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda turizm, menecment və tətbiqi elmlər sahəsi üzrə universitet tərəfindən çap edilən, ATMU-ya hədiyyə olunan və alınan 17 minə yaxın informasiya daşıyıcısı toplanıb. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə təchiz edilib və müxtəlif elektron kitabxana şəbəkələrinə, o cümlədən Dünya Turizm Təşkilatının kitabxanasına qoşulub.Son olaraq demək istəyirəm ki, uğurlar çoxdur, inkişaf sürətlidir, yeniliyə meyl də yüksək səviyyədədir və bütün bunlar təhsilin-tədrisin səviyyəsinə təsir edir. Bütün bunlara görə də bu il 12 yaşını qeyd edən ATMU kollektivi gələcəyə böyük ümidlərlə baxır.

9 -dən səhifə 62

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…