Son xəbərlər (367)

Son illərdə Azərbaycanda turizmə, xüsusilə xarici turistlərin ölkəmizə gəlişinə böyük diqqət yetirilir. Qeyri-neft sektorunun aparıcı istiqaməti kimi turizmin hərtərəfli inkişafı üzrə Pezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu sahə ölkə iqtisadiyyatının prioritetlərindən birinə çevrilib. Hazırda dövlət tərəfindən turizm infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılması üzrə tədbirlər gerçəkləşdirilir.Eyni zamanda, Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsinin mövcudluğu, iqlim və landşaft özəlliklərinin fövqəltəbii sayda müxtəlifliyi ölkəmizdə zəngin turizm potensialına malik aqroturizmin və onun əsas seqmenti - ekoturizmin inkişafı üçün ideal ərazi formalaşdırır. Bu, həm milli iqtisadiyyat, həm də beynəlxalq turizm biznesi çərçivəsində keçərli iddiadır. Bütün bunlarla birgə ölkədə aqroturizm proqramlarının inkişafı üçün daha bir vacib amil milli qonaqpərvərlik və milli mətbəxdir. Müasir texnologiyalara müvafiq kənd qonaq evlərinin və ekoaqro təsərrüfatlarının təşkili bu cür layihələrin hərəkətverici qüvvəsidir. Məhz bu istiqamət hazırda beynəlxalq rekreasiya biznesi sahəsində ən dinamik inkişaf edən istiqamətdir. Belə ki, Ümumdünya Turizm Təşkilatının 2017-ci ili dünyada davamlı turizm ili elan etməsi ilə bu məsələ öz aktuallığını daha da artırıb.Bununla əlaqədar olaraq Gəncə şəhərində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik” fakültəsi ilə Azərbaycan Dövlət Aqraq Universiteti “Aqrobiznes və İdarəetmə” fakültəsi əməkdaşlığı çərçivəsində  ölkəmizin davamlı turizmi təmin etməyin yollarından biri olan aqroturizm potensialının mövcud vəziyyətinə həsr olunmuş “Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində” mövzusunda dəyirmi masa keçrililmişdir. Dəirmi masada ATMU-nun“Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, dosent, Rəhman Səfərov “Azərbaycanda turizmin müasir meylləri” , “Turizm biznesi” kafedrasının müdiri, dosent, Bahadur Bilalov “Azərbaycanda keçirilən məhsul bayramlarının turizmdə istifadəsi yolları”; “Turizm biznesi” kafedrasının dosenti, Məmməd Sadıqov “Azərbaycanın şimal regioanlarında turizmin inkişaf istiqamətləri”; ADAU-nu təmsilən isə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının assistenti, Müşfiq Hüseynov “Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri”; Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Ənənəvi əl sənətlərinin turizmin inkişafında rolu və onların CİS-i (Coğrafi İnformasiya Sistemləri ) vasitəsi ilə təbliği”; Mühasibat uçotu və audit kafedrasının assistenti İsa Şəfiyev “Aqroturizmin inkişaf perspektivləri (Yuxarı Qarabağ iqtisadi rayonunun timsalında)”; Menecment ixtisasının II kurs tələbəsi Sahil Məmmədov “Turizm menecmenti ölkənin turizm sahəsinin əsas inkişafı kimi” mövzularda məruzələri əsasında müzakirələr aparılmışdır. Tədbirdə Azərbaycanda davamlı turizmin təmini yollarından biri kimi aqroturizm işinin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin görülməsinə dair bir sıra maraqlı təkliflər irəli sürülmüşdür.Son illərdə Azərbaycanda turizmə, xüsusilə xarici turistlərin ölkəmizə gəlişinə böyük diqqət yetirilir. Qeyri-neft sektorunun aparıcı istiqaməti kimi turizmin hərtərəfli inkişafı üzrə Pezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu sahə ölkə iqtisadiyyatının prioritetlərindən birinə çevrilib. Hazırda dövlət tərəfindən turizm infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılması üzrə tədbirlər gerçəkləşdirilir.Eyni zamanda, Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsinin mövcudluğu, iqlim və landşaft özəlliklərinin fövqəltəbii sayda müxtəlifliyi ölkəmizdə zəngin turizm potensialına malik aqroturizmin və onun əsas seqmenti - ekoturizmin inkişafı üçün ideal ərazi formalaşdırır. Bu, həm milli iqtisadiyyat, həm də beynəlxalq turizm biznesi çərçivəsində keçərli iddiadır. Bütün bunlarla birgə ölkədə aqroturizm proqramlarının inkişafı üçün daha bir vacib amil milli qonaqpərvərlik və milli mətbəxdir. Müasir texnologiyalara müvafiq kənd qonaq evlərinin və ekoaqro təsərrüfatlarının təşkili bu cür layihələrin hərəkətverici qüvvəsidir. Məhz bu istiqamət hazırda beynəlxalq rekreasiya biznesi sahəsində ən dinamik inkişaf edən istiqamətdir. Belə ki, Ümumdünya Turizm Təşkilatının 2017-ci ili dünyada davamlı turizm ili elan etməsi ilə bu məsələ öz aktuallığını daha da artırıb.Bununla əlaqədar olaraq Gəncə şəhərində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik” fakültəsi ilə Azərbaycan Dövlət Aqraq Universiteti “Aqrobiznes və İdarəetmə” fakültəsi əməkdaşlığı çərçivəsində  ölkəmizin davamlı turizmi təmin etməyin yollarından biri olan aqroturizm potensialının mövcud vəziyyətinə həsr olunmuş “Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində” mövzusunda dəyirmi masa keçrililmişdir. Dəirmi masada ATMU-nun“Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, dosent, Rəhman Səfərov “Azərbaycanda turizmin müasir meylləri” , “Turizm biznesi” kafedrasının müdiri, dosent, Bahadur Bilalov “Azərbaycanda keçirilən məhsul bayramlarının turizmdə istifadəsi yolları”; “Turizm biznesi” kafedrasının dosenti, Məmməd Sadıqov “Azərbaycanın şimal regioanlarında turizmin inkişaf istiqamətləri”; ADAU-nu təmsilən isə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının assistenti, Müşfiq Hüseynov “Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri”; Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Ənənəvi əl sənətlərinin turizmin inkişafında rolu və onların CİS-i (Coğrafi İnformasiya Sistemləri ) vasitəsi ilə təbliği”; Mühasibat uçotu və audit kafedrasının assistenti İsa Şəfiyev “Aqroturizmin inkişaf perspektivləri (Yuxarı Qarabağ iqtisadi rayonunun timsalında)”; Menecment ixtisasının II kurs tələbəsi Sahil Məmmədov “Turizm menecmenti ölkənin turizm sahəsinin əsas inkişafı kimi” mövzularda məruzələri əsasında müzakirələr aparılmışdır. Tədbirdə Azərbaycanda davamlı turizmin təmini yollarından biri kimi aqroturizm işinin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin görülməsinə dair bir sıra maraqlı təkliflər irəli sürülmüşdür.

Dekabrın 8- də Azərbaycan Turizm və Menecment Universitetində  (ATMU) Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. ATMU-nun rektoru səlahiyyətlərin icra edən s.ü.f.d., dos. Eldar Aslanov məruzəsində qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Dövlət həyatının bütün sahələrinin modernləşməsi mərhələsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edildi. Bu baxımdan 1993-2003-cü illər ərzində “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”,  “Muzeylər haqqında”, bir sözlə, 2003-cü il daxil olmaqla təxminən 20-dək qanun Milli Məclisdə qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılıb, elm, ədəbiyyat və idmanda böyük uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan  və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan olunub.Təkzibediməz faktdır ki,  Azərbaycanda eyni zamanda turizm ,o cümlədən  sahə sənayesinin mərhələli dinamik  inkişafı  ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. E.Aslanov çıxışının sonunda ”Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”deyən ulu öndərin həyat və geniş spektrli fəaliyyətini yol xəritəsi kimi zaman-zaman tədqiqat mövzusu olacağına inandığını dedi.Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimində ATMU-nun “Dillər” kafedrasının müdiri,dos. Kəmalə Kərimova, “Doktorantura və əlavə təhsil” şöbəsinin müdiri dos.Nəsrullah Nəsirli, ”Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, universitetin  dosentləri Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev,  Sədaqət Mustafayeva və tələbələrin dahi rəhbərə həsr olunan şeirlərlə çıxışları mərasim iştirakçıları tərəfindən maraqla dinlənildi. Anım mərasimi ”Dahi şəxsiyyət”filminin nümayişi ilə başa çatdı.Dekabrın 8- də Azərbaycan Turizm və Menecment Universitetində  (ATMU) Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. ATMU-nun rektoru səlahiyyətlərin icra edən s.ü.f.d., dos. Eldar Aslanov məruzəsində qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Dövlət həyatının bütün sahələrinin modernləşməsi mərhələsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edildi. Bu baxımdan 1993-2003-cü illər ərzində “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”,  “Muzeylər haqqında”, bir sözlə, 2003-cü il daxil olmaqla təxminən 20-dək qanun Milli Məclisdə qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılıb, elm, ədəbiyyat və idmanda böyük uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan  və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan olunub.Təkzibediməz faktdır ki,  Azərbaycanda eyni zamanda turizm ,o cümlədən  sahə sənayesinin mərhələli dinamik  inkişafı  ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. E.Aslanov çıxışının sonunda ”Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”deyən ulu öndərin həyat və geniş spektrli fəaliyyətini yol xəritəsi kimi zaman-zaman tədqiqat mövzusu olacağına inandığını dedi.Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimində ATMU-nun “Dillər” kafedrasının müdiri,dos. Kəmalə Kərimova, “Doktorantura və əlavə təhsil” şöbəsinin müdiri dos.Nəsrullah Nəsirli, ”Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, universitetin  dosentləri Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev,  Sədaqət Mustafayeva və tələbələrin dahi rəhbərə həsr olunan şeirlərlə çıxışları mərasim iştirakçıları tərəfindən maraqla dinlənildi. Anım mərasimi ”Dahi şəxsiyyət”filminin nümayişi ilə başa çatdı.

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları  Avropa İttifaqı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Odlar Yurdu Universitetinin birgə təşkil etdiyi Bolonya prosesinə uyğun ikili diplomlar və MBA proqramı üzrə  TAIEX Seminarında iştirak ediblər.   Seminar zamanı Azərbaycanda və Avropa İttifaqına üzv ölkələrdə MBA proqramları (qeydiyyat prosedurları, və kredit tələbləri), Avropa İttifaqı və Azərbaycanda birgə və ikili dərəcə diplom təhsili və Bolonya prinsipləri çərçivəsində Avropa İttifaqı və İttifaqa üzv olmayan ölkələrdə birgə və ikili dərəcə diplomların tanınması prosedurları məsələləri müzakirə olunub.Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları  Avropa İttifaqı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Odlar Yurdu Universitetinin birgə təşkil etdiyi Bolonya prosesinə uyğun ikili diplomlar və MBA proqramı üzrə  TAIEX Seminarında iştirak ediblər.   Seminar zamanı Azərbaycanda və Avropa İttifaqına üzv ölkələrdə MBA proqramları (qeydiyyat prosedurları, və kredit tələbləri), Avropa İttifaqı və Azərbaycanda birgə və ikili dərəcə diplom təhsili və Bolonya prinsipləri çərçivəsində Avropa İttifaqı və İttifaqa üzv olmayan ölkələrdə birgə və ikili dərəcə diplomların tanınması prosedurları məsələləri müzakirə olunub.

Azərbaycan Turizm və Menecment Universitetində “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib.ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos.Eldar Aslanov tələbələri “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştiraka səsləyib. E.Aslanov “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarında minlərlə könüllünün  dil bilikləri və bacarıqlarına uyğun müxtəlif sahələrdə işləməklə bərabər, eyni zamanda təcrübə qazanacaqlarını bildirib.  İslam Həmrəyliyi Oyunları və könüllülük proqramının mahiyyəti barədə  tələbələri  məlumatlandırıb.Təqdimat mərasimində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri bu oyunların tarixi, nəzərdə tutulan idman növləri, yarışların keçiriləcəyi məkanlar və iştirakçı  dövlətlər və bu oyunlarda könüllü ola bilmənin qaydaları barədə təqdimat keçiriblər. Qeyd edilib ki, Baku-2015 Avropa Oyunları və Formula-1 yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyatdan keçməyin qaydalarını izah edən nümayəndələr qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini diqqətə çatdırıblar.Azərbaycan Turizm və Menecment Universitetində “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib.ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos.Eldar Aslanov tələbələri “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştiraka səsləyib. E.Aslanov “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarında minlərlə könüllünün  dil bilikləri və bacarıqlarına uyğun müxtəlif sahələrdə işləməklə bərabər, eyni zamanda təcrübə qazanacaqlarını bildirib.  İslam Həmrəyliyi Oyunları və könüllülük proqramının mahiyyəti barədə  tələbələri  məlumatlandırıb.Təqdimat mərasimində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri bu oyunların tarixi, nəzərdə tutulan idman növləri, yarışların keçiriləcəyi məkanlar və iştirakçı  dövlətlər və bu oyunlarda könüllü ola bilmənin qaydaları barədə təqdimat keçiriblər. Qeyd edilib ki, Baku-2015 Avropa Oyunları və Formula-1 yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyatdan keçməyin qaydalarını izah edən nümayəndələr qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini diqqətə çatdırıblar.

82 -dən səhifə 92

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…