Son xəbərlər (266)

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planın 4.1.6.-cı bəndinə uyğun olaraq rektor İlham Mədətovun göstərişi ilə 2018/2019-cu tədris ilindən Amerika və Avropa universitetlərinin tədris proqlamlarına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universitetində MBA proqramında 4 ixtisas üzrə tələbə qəbuluna start verilmişdir. Magistratura pilləsində 22 ixtisas üzrə mütəxəssislər hazırlığını uğurla həyata keçirən  ATMU –ya  Azərbaycan Nazirlər Kabineti tərəfindən 2018/2019-cu tədris ilində MBA proqramı çərçivəsində 4 ixtisas (Turizm və otelçiliyin idarəedilməsi, Menecment, Marketinq, Maliyyə) üzrə ümumilikdə 65 plan yeri ayrılmışdır. Adıçəkilən proqram müəyyən sahədə fəaliyyət göstərən mütəxəssislərə də təhsil almaq imkanı verir. Tədris ATMU-nun yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllimləri tərəfindən axşam saatlarında keçiriləcəkdir. MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.Qeyd etmək lazımdır ki, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanıb tədris prosesində ən son texnoloji nailiyyətləri həyata keçirən ATMU-da MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.ATMU-nun mətbuat xidmətinin məlumatında qeyd olunur ki, MBA proqramının üstünlükləri ilə bağlı hər üç fakültədə xüsusi təqdimatlar təşkil olunmuşdur. 23 may 2018 – ci il tarixindəki növbəti təqdimatda Tədris işləri üzrə prorektor İranə Əliyeva və Elm və inkişaf məsələləri üzrə  prorektor Anar Eminov MBA proqramı üzrə yeniliklər və innovativ metodlar barədə danışmış, eyni zamanda proqramın tətbiqi ilə bağlı konkret  təkliflər vermişlər. Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın təqdimat- çıxışı proqramın təşkili barədə idi.Tədbirə dəvət olunmış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Təlim tədris mərkəzi Biznes inkişafı şöbəsinin müdiri, MBA proqramı üzrə müəllim və ekspert Namiq Əlizadə öz çıxışında şəxsi təcrübəsinə istinad etmiş,o cümlədən proqrama dair yeniliklərin konkret icmalını vermişdir.

Azərbayca Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov dünya elminə inteqrasiyanın əsas hədəfi olan gənc tədqiqatçılar və doktorantların digər ali təhsil müəssisələri ilə birgə tədqiqatlarının təşkili və aparılmasında onlara kömək göstərilməsi, yazılan dissertasiyaların keyfiyyəti, elmi məqalələrin praktik əhəmiyyəti və nüfuzlu beynəlxalq jurnallarda çapı kimi məsələləri diqqətdə saxlayır. Bu yönümdə aparılan silsilə tədbirlər Azərbaycan Turizm və Menecment Universitetinin elmi tədqiqat yönümlü universitetə çevrilməkdə iddialı olan ali təhsil müəssisələrinin sırasında aparıcı mövqelərdə qərarlaşması missiyasından irəli gəlir.Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov və Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyevin Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli ilə birgə ərsəyə gətirdiyi elmi araşdırmaları məqalə formatında  beynəlxalq aləmdə aparıcı jurnalda nəşr edilmişdir. Birgə əməkdaşlıq nəticəsində işlənib hazırlanmış “The Role of Education in Organization and Development of Economics in Azerbaijan” adlı elmi məqalə nüfuzlu elmi jurnalda-  Academic Journal of Economic Studies (Volume 4, Issue 2 (June, 2018)) son sayında nəşr olunmuşdur.Qeyd etmək lazımdır ki, Rumıniyanın Buxarest şəhərindəki  “Dimitrie Cantemir”  Universiteti Maliyyə Bank Muhasibatlıq Fakültəsinin beynəlxalq elmi jurnalı olan  Academic Journal of Economic Studies  RePEc (IDEASEconPapers), Germany  EBSCO Host, USA DOAJ (Directory of Open Access Journals), Sweden CEEOL (Central and Eastern European Online Library), bazalarında indekslənir. Germany bazalarda indexlenen jurnalın RePEc impact faktoru 0.031-dir. Eyni zamanda bu jurnal 20 yaxın databazada indekslənir.

21 may tarixində Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri bəlli oldu.Müsabiqədə iştirak üçün tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilmişdir. Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, Bank Respublika və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti göndərilən bütün yazıları təhlil etdikdən sonra müsabiqənin 3 qalibini müəyyən etdilər.Nərmin Əsgərova I yer - (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)Nigar Ömərova II yer - (Azərbaycan Turizm və Menecment Universiteti)Nazim Vəlixanov III yer - (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)Qalibləri təbrik etdikdən sonra onlara müsabiqədə iştirak etdikləri üçün bir daha təşəkkür edildi, onlara pul mükafatı və qalibiyyət sertifikatları təqdim olundu.  Mayın 22-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qaliblərindən-universitetin tələbəsi Nigar Ömərovanı təbrik etmiş gələcək həyatında, təhsil illərində ona uğurlar arzulamış və mükafatlandırmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə    ATMU-da TTF-nin”Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri” mövzusunda  müzakirələrin təşkili”adlı layihəsi çərçivəsində seminar keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan universitetin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov gündəlikdəki aktual problemin regionun həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.Seminarda“Hazırkı dövrdə Ermənistanın siyasi hakimiyyətində baş verən dəyişikliklər və onun Qarabağ münaqişəsinə təsiri” mövzusunda  layihə rəhbəri İbrahim Əliyev çıxış etmişdir.  Məruzədə qeyd olunmuşdur ki, Ermənistanda gedən proseslər və yaranmış böhran uzun illərdən bəri aparılan daxili və xarici siyasətin nəticəsidir. Serj Sarkisyanın istefası ilə Ermənistanda yeni bir siyasi mərhələnun əsası qoyuldu. Regionda marağı olan və burada təsir imkanlarına malik bütün qüvvələri hərəkətə gətirdi Ermənilərin Qarabağ məsələsində radikal mövqedən çıxış etməsi, mövcud status kvonun əlverişliliyi onların konstruktiv mövqeyə gələcəyinə kölgə salır.Deməli, mövcud hakimiyyət üzərində qələbə eyforiyası onları reallıqdan uzaqlaşdıra bilər. İ.Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ermənistan özgə maraqlarına xidmət edən siyasətin girovuna çevrilib. Ermənistanın yeni hakimiyyəti əvvəlki təcavüzkar siyasəti davam etdirərsə, bu onları daha ağır duruma gətirər, münaqişənin dinc yolla həllini qeyri-mümkün edər. Məruzə ətrafında çıxışlarda Günel Teymurova, Məhərrəm Zülfüqarlı məsələnin tarixi aspektlərinə diqqət yönəltmiş, mövcud vəziyyətdə müxtəlif maraqlı qüvvələrin qərəzli siyasətinin təzahürlərindən danışmışlar. Seminarda mövzu ətrafında müzakirələrin vacibliyi, əhali arasında geniş maarifləndirmə işləri aparılmasının zəruriliyi qeyd olunmuşdur.

10 -dən səhifə 67

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…