Son xəbərlər (329)

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsi “Turizm və otelçilik” ixtisasının I kurs tələbələri növbəti seminar dərsini “New Baku” və “Opera” otellərində keçiblər. Seminar-məşğələdən əvvəl müvafiq ixtisas tələbələrinə adıçəkilən otellərin işləmə prinsipləri və xidmət fəaliyyəti barədə ətraflı məlumat verilib. “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə keçirilən seminar-məşğələdə başlıca məqsəd gələcək turizmçilərdə seçdikləri ixtisasa böyük maraq oyatmaqdan ibarət idi. Qeyd edək ki, seminar məşğələlərin digər otellərdə də keçirilməsi qərara alınıb.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment kafedrasının müdiri, ”Layihə menecmenti”  fənninin müəllimi Arzu Hüseynin təşəbbüsü ilə  Dövlət Gömrük Komitəsinin Gömrük risklərinin İdarəolunması və Audit Baş İdarəsi Gömrük risklərinin Strateji təhlili şöbəsinin baş inspektoru Orxan Sultanovun adıçəkilən dərsdə iştirakı diqqətçəkən olub. Ali məktəb-sənaye əməkdaşlığı çərçivəsində reallaşdırılan mühazirə saatında A..Hüseyn və O.Sultanov respublikamızda fəaliyyət göstərən şirkətlər, həyata keçirilən layihələrin idarəolunması, planlaşdırılması və maliyyələşdirilməsi məsələlərindən danışıblar. Mühazirəçilər, o cümlədən iqtisadi və maliyyə risklərinə aydınlıq gətiriblər, sabit və dəyişən xərclərlə bağlı tələbələri məlumatlandırılıblar.Dərslərin bu formatda təşkilinin davamlı olması qərara alınıb.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznes İdarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının təşkilatçılığı ilə “Elmi tədqiqat bazalarında effektiv istifadə imkanları” mövzusunda təlim-seminar keçirilib.Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, eyni zamanda ATMU-nun “Marketinq” kafedrasının dosenti Elçin Süleymanov tədqiqat mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması və elmi-tədqiqat bazalarında müəllimlərin profil açmalarının faydalarından danışıb. O, Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazalardakı mövcud vəziyyətinə münasibət bildirib.Seminarda “Web of Science Clarivate” bazasından elmmetrik və “Scopus” verilənlər bazalarından effektiv istifadə, Google akademik hesabın açılması, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlilinin əhəmiyyətindən bəhs edilib.

ATMU-nun “Karyera və kommunikasiya” şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin, eyni zamanda  Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) məzunu, “Azərbaycan Turizm Forumu”nun təsisçisi, “Winter Park Baku”  Hotelinin meneceri Həvva Səfərovanın “Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusunda təlim-təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ali təhsil müəssisəsinin “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələri üçün nəzərdə tutulan tədbirdə H.Səfərova turizm təhsilinin üstünlükləri, bu sahədə təhsil alan tələbələrin gələcək karyeralarında onun tətbiqi, həmçinin uğurlu karyera qurmaq üçün hansı nüanslara diqqət edilməsi suallarına detallı şərh verib.“Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusuna dair tədbir geniş fikir mübadiləsi şəraitində başa çatıb.

2 -dən səhifə 83

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…