Son xəbərlər (308)
Ölkənin təhsil məkanında özünəməxsus yer tutan Azərbaycan Turizm və Menecment Universiteti kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqatların aparılmasına, respublikamızda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin vaxtaşırı fikir mübadiləsinə cəlb edilməsinə xüsusi önəm verir. İndiyədək adıçəkilən istiqamətdə 200 konfrans təşkil edən ATMU daha bir elmi konfransa ev sahibliyi edib. Dekabrın 22-də ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” adlı növbəti Respublika elmi-praktiki konfransı keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Turizm və Rekreasiya Zonaları Haqqında Nümunəvi Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar regionlarında turizm-rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib.Ali təhsil müəssisəsi olaraq ixtisaslı kadr hazırlığını hədəfləyən ATMU, eyni zamanda elmi-nəzəri- təcrübi əhəmiyyətli tədqiqatların uğurlu həllinə də ciddi səy göstərir.Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Elvin Yusifli elmi məclisin işinə uğurlar arzuladı. Həmçının diqqətə çatdırdı ki, 2018-ci ilin aprel ayında ölkə Prezidentinin Sərəncamı ilə yaradılan Dövlət Turizm Agentliyinin rəhbərliyi başda olmaqla, müvafiq bölmələrin əməkdaşları ölkəmizdə turizmin elmə söykənən inkişafında maraqlıdırlar. Bu baxımdan ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılması persprktivləri”adlı konfransın keçirilməsini müsbət dəyərləndirmək lazımdır.Plenar iclasda Gəncə Dövlət Universitetinin dosenti, i.e.d. Arzu Həsənov “Gəncə-Qazax turizm regionunun yaradılması və inkişafının nəzəri-metodoloji əsaslandırılması: klaster siyasəti” və AMEA H.Əliyev adına Coğrafiya İnstitunun şöbə müdiri Zaur İmraninin “Şimal bölgəsinin turizm və rekreasiya ehtiyatlarının potensial imkanları və rayonlaşdırılması” mövzusunda məruzələri maraqla dinlənildi.Öz işini bölmələr üzrə davam etdirən tədbirin gündəliyinə 18 təşkilatdan (ali məktəblər, elmi-tədqiqat institutları və s.) qatılan alim və tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 65 məruzəsi daxil idi. Onu da qeyd edək ki, fikir mübadiləsi şəraitində keçən tədbirdə ölkəmizin digər regionlarında turizm-rekreasiya zonalarının yaradılmasını şərtləndirən bir sıra amillərə də diqqət ayrılıb. Sonda iştirakçılara sertifikatlar təqdm olunub.
Azərbaycan Turizm və Menecment Universiteti,o cümlədən ATMU-nun beynəlxalq əlaqələr şöbəsi təhsil,tələbə-müəllim mübadiləsi,təcrübə və peşəkar kadr hazırlığı prosesinə təkan verən əməkdaşlıq niyyətlərinin reallaşmasında hər zaman maraqlıdır. Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mövlanə Mübadilə proqramına uyğun olaraq ali təhsil müəssisəsinin tələbələri yeni yaranan əməkdaşlıq sayəsində Türkiyə Respublikasının Ankara, Hacettepe, İstanbul və Düzcə universitetlərində turizm, biznes idarəçiliyi, qida mühəndisliyi, müzeyşünasliq və nəqliyyat servisi ixtisasları üzrə təhsil ala biləcəklər. Məlumatda həmçinin xüsusi vurğulanır ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU “Erasmus+” beynəlxalq təhsil proqramı çərçivəsində Türkiyə Respublikasının Gelişim universiteti ilə də əməkdaşlıq edəcək. Məlumdur ki, ATMU beynəlxalq əlaqələr sferasında yeni əməkdaşlıq çevrəsini genişləndirməklə bərabər, beynəlxalq hədəflər platformasında ikili diplom layihələrinin həyata keçirilməsini başıca istiqamətlərdən biri kimi dəyərləndirir.
Azəbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakultəsi iqtisadiyyat kafedrasının kollektivi ölkəmizin sənaye nümayəndələri ilə müştərək əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Turizm və Menecment Universiteti və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatşılığı ilə keçirilən növbəti təlim “Karyera planlaması və uğurlu müsahibənin sirrləri” adlanır. Ali təhsil müəssisəsində.təşkil olunan tədbiri Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənov aparıb. Fikir mübadiləsi şəraitində keçirilən təlimdə hər bir tələbə və məzunun işlə təminolunma prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması yolları göstərilib.. Təlim proqramında dəqiq karyera planlaması ,həmin prosesin təşkili və idarə edilməsi, CV formasının tərtibi, müsahibədə xarici görünüş, davranış və rəftar qaydalarından ətraflı bəhs olunub. Təlimin sonunda A.Həsənov müəllim tələbələrin çoxsaylı suallarını cavablandırıb. Fəal iştirakçılara sertifikatlar verilib.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində tələbələr üçün “Effective resume” mövzusunda təlim təşkil olunub. ATMU-da “Start Smart” layihəsi çərçivəsində keçirilən təlimi “Dərs Evi”nin Biznes inkişafı üzrə meneceri, “Resume A-dan Z-yə kimi”adlı kitabın müəllifi Toğrul Ələkbərov aparıb. Sual –cavab formatındakı təlimdə zəruri şəxsi göstəricilərin yazılma ardıcıllığı, tərcümeyi-halın quruluşu, işəgötürən müəssisənin tələblərini şərtləndirən məlumat-faktlar və s. diqqətdə saxlanılıb.