Tərəfdaşlarımız

Azərbaycan Turizm və Menecment Universiteti bir çox yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində bir neçə tədqiqat və inkişaf layihələri, müəllim/tələbə mübadiləsi həyata keçirilmişdir.

Azərbaycan Turizm və Menecment Universitetində təcrübə proqramları bakalavr pilləsində təhsil alan tələbələr üçün istehsalat təcrübəsi, magistratura pilləsində təhsil alan tələbələr üçün isə pedaqoji və elmi-tədqiqat təcrübələri nəzərdə tutulmuşdur. İstehsalat təcrübəsinin keçirilməsində əsas məqsəd təcrübəçinin nəzəri biliklərinin praktikada tətbiqi, bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi, əmək kollektivində iş təcrübəsi qazanmasını təmin etməkdir. Bakalavr pilləsində təhsil alan bütün tələbələr ixtisasları üzrə istehsalat təcrübəsi keçməlidirlər. Tədris ilinin 5-ci semestrinədək (Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələrində təhsil alan tələbələr üçün tədris ilinin 7-ci semestrinədək) keçilən bütün fənlərdən müvəffəqiyyət almış, həmçinin 2 fəndən müvəffəqiyyət almayan tələbə istehsalat təcrübəsində iştirak etmək hüququna malikdir. İstehsalat təcrübəsi tədris ilinin 6-cı yarımilində (Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələrində təhsil alan tələbələr üçün tədris ilinin 8-ci yarımilində) başlayır və bir dəfə olmaqla nəzərdə tutulan semestr ərzində tamamlanmalıdır. Təcrübə müddəti: 22 həftə (Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələrində təhsil alan tələbələr üçün 14 həftə) Həftəlik minimum iş saatı – 30 saat (Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələrində təhsil alan tələbələr üçün 21 saat) Təcrübə yerini tapmaq tələbənin və təcrübə rəhbərinin məsuliyyətidir. ATMU isə öz növbəsində mümkün təcrübə yerlərinin siyahısını tələbəyə təqdim etməlidir. Müəssisələr tələbələrə nəzəri biliklərini əyani şəkildə tətbiq etmək, peşə vərdişləri qazanmaq və praktik biliklərini möhkəmlətmək üçün münasib şərait yaratmalıdır. ATMU müvafiq ixtisaslara uyğun olaraq “Turizm və qonaqpərvərlik” fakültəsində təhsil alan tələbələr üçün Bakı şəhərində yerləşən Hilton, LW Marriott Abşeron, Four Seasons, Fairmont, İntourist, Bilgah Beach, Ramada, Qafqaz Point, Landmark, Pullman, Boulevard, Excelsior, Grand Hotel, Staybridge, Winter Park kimi müxtəlif 4 və 5 ulduzlu otellər, Millenium, Turizm az, Atlas, Bakı tur, Atropatena, Silkway, Pasha travel, Victory tour kimi turizm şirkətləri İçərişəhər qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Şəms, Vision kimi tərcümə mərkəzləri, “Biznes idarəçiliyi” fakültəsi tələbələri üçün Socar, Avrora, Baku Business Factory, KİA motors, Auto Azerbaijan, Beynəlxalq Təlim və Layihə Mərkəzi, ASAN xidmət mərkəzləri, YARAT, AZƏRSU, Veysəloğlu, Perspective hüquq və məsləhət xidmətləri kimi şirkət və mərkəzlərlə, Maliyyə Nazirliyi ilə, “Xidmət mühəndisliyi” fakültəsinin tələbələri üçün isə Beynəlxalq Avrasiya Mətbuat Fondu, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Qeyri- hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəz, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Qızıl Aypara Cəmiyyəti, Milli Arxiv İdarəsi, Xalça muzeyi, Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq etməklə tələbələrimizin praktik vərdişlərə yiyələnmələrinə dəstək olur. “Turizm və otelçilik” ixtisası tələbələri Azərbaycanda təcrübə keçməklə yanaşı, beynəlxalq təcrübəyə yiyələnirlər. Bu işdə tələbələr fərdi olaraq müraciət etməklə yanaşı, universitet də öz növbəsində xarici ölkələrdəki otel və turizm şirkətləri ilə əməkdaşlıq edir. Bunlara Qazaxıstan, Almaniya, Malta, Dağıstan, İsrail, Yunanıstan, Rusiya, İspaniya, Türkiyə, Çexiya, ABŞ,Şimali Kipr, Ukrayna, BƏƏ, Seyşel adalarında yerləşən otel və turizm şirkətlərini misal göstərmək olar. Hal- hazırda əməkdaşlığın uğurlu davamı kimi İsraildə, Şimali Kiprdə tələbələrimizin təcrübə imkanları təmin olunur. Artıq 10 ildir ki, tələbələrimiz İsrail dövlətinin Eilat şəhərində yerləşən “İSRotel” otellər şəbəkəsinə məxsus olan 4 və 5 ulduzlu otellərdə- Royal Beach, King Solomon, Agamim, Yam Suf, Royal Garden- keçirlər. 2008-ci ildən etibarən cəmi 191 tələbə bu proqramdan istifadə etmişdir. Bundan əlavə tələbələrimiz Şimali Kiprdə Girne şəhərində yerləşən Acapulca otelində təcrübə proqramından yararlanırlar. ATMU-nun Çinin Hubei vilayətində yerləşən Hubei Politexnik İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu ildən etibarən tələbələrimiz Xiaogan şəhərindəki otellərdə təcrübə imkanından yararlanacaqlar. Bu təcrübə proqramının spesifik xüsusiyyəti ondan ibarətdir ki, tələbələrimiz otellərdə təcrübə ilə yanaşı çin dilinə də yiyələnəcəklər.

  

Dövlət müəssisələri

 

          

         

  

Şirkətlər

 

          

         

 

Otellər

 

          

         

 

Tərcümə mərkəzləri

 

     

 

Xarici tərəfdaşlar

 

       

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…