Rektorun müraciəti

Əziz tələbələr!

S
izləri öz adımdan və Azərbaycan Turizm və Menecment Universitetinin kollektivi adından təbrik edir, tələbəlik dövrü adlanan həyatınızın yeni və daha məsuliyyətli mərhələsində hər birinizə uğurlar arzulayıram. ATMU ölkəmizin gənc ali təhsil ocaqlarındandır. Universitetimizin əsas hədəfi elmi biliklərə, tədqiqat bacarığına yiyələnən, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli və bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı və kollektiv ruhda çalışmağı da labüd edir. Təklif etdiyimiz ixtisaslar, xaricdə və ölkəmizin aparıcı müəssisələrində təcrübə, beynəlxalq və yerli təşkilatlarla həyata keçirilən layihələrdə və ixtisaslaşdığımız sahələr üzrə elmi tədqiqatlarda iştirak etmək, həmçinin başqa ölkəyə getmədən Avropa ali təhsil müəssisəsinin diplomunu qazanmaq fürsəti yaradır. Fəxrlə deyə bilərəm ki, bu gün məzunlarımız ölkəmizin aparıcı turizm müəssisələrində layiqli yerlərini tutmaqla yanaşı, dünyanın nüfuzlu universitetlərində heç bir çətinlik çəkmədən təhsillərini davam etdirirlər. Fürsətdən istifadə edərək, internet səhifəmiz vasitəsilə haqqımızda məlumat almaq istəyən gələcək tələbələrimizi də salamlayıram. Əminəm ki, universitetimizə dair internet səhifəsindən lazımi məlumatları əldə edə biləcək, bu ali təhsil ocağı ilə tanış olacaq və bizləri daha yaxından tanımaq istəyəcəksiniz. Eyni zamanda ümid edirəm ki, sizləri də öz tələbələrimiz, məzunlarımız, ən əsası ATMU ailəsi arasında görəcəyik. Doğma ali təhsil ocağımız olan ATMU-ya uğur gətirən illər və nailiyyətlər istəyi ilə...

İlham Mədətov

Rektor

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…