İdarəetmə

 

Diqqət!

Məlumat mövcud deyil
Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurası “Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası haqqında əsasnamə” əsasında fəaliyyət göstərir. Əsasnamə Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli 792 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun hazırlanmışdır. Elmi Şuranın sədri t.ü.e.d., professor C.Cəfərov, sədrin müavini s.ü.f.d,dosent E. Aslanov, katibi t.ü.f.d, dosent M. Zülfüqarlıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası aşağıdakı işləri həyata keçirir:

  • Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, aspirant, dissertant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir
  • zərbaycan Turizm və Menecment Universitetinin inkişaf proqramını təsdiq edir
  • Hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir
  • Mütəxəssislərin, elmi-pedoqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə, elmi-tədqiqat və elmi-metodiki işləri ilə bağlı məsələləri həll edir
  • Elmi Şuranın üzvləri içərisindən təhsil, elmi-metodiki, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyaları yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir
  • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədi ilə Şura üzvləri arasından elmi katib seçir
  • Vaxtaşırı fakültənin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesbatını dinləyir
  • Fakültələrin, kafedraların və Azərbaycan Turizm və Menecment Universitetinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir
  • Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının, orden və medalların verilməsinə təqdim edir
  • Müstəsna hallarda, fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanı, professor, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır
  • Kafedra müdirləri, professorları, dosentləri, baş müəllimləri, baş elmi işçiləri seçir və onların vaxtından əvvəl tutduqları vəzifələrindən azad olunmaları məsələsinə baxır

 

  • Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurasının üzvləri siyahısı

  • Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası haqqında ƏSASNAMƏ

 

 

 

Şöbə müdiri
Kitabxana informasiya mərkəzi
Şöbə müdiri
Təlim mərkəzi

Diqqət

Sxem yerləşdirildiyi vaxt üçün etibarlıdır



  • Bizimlə əlaqə

    Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

    • Ünvan: Koroğlu Rəhimov 822/23
    • Tel: +994 12 5644233
    • Email: info@atmu.edu.az
    • Poçt indeksi: AZ1072

    Tələbələr bizim haqda nə fikirləşir?!

    Top
    We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…