
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 4 iyul 2007-ci il tarixində Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq ATMU və Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) arasında ikili diplom üzrə müqavilə imzalanmışdır. AATP qrupunda tədris tamamilə ingilis dilində həyata keçirilir. Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir. Dörd ilin sonunda təhsilini AATP qrupunda müvəffəqiyyətlə başa vuran tələbələr həm ATMU-nun (yerli), həm də IMC Krems TEU (beynəlxalq) diplomlarını əldə edir və təhsillərini daha ali pillələr üzrə Avropada davam etdirmək imkanı əldə edirlər.
Artıq, 13 ildir davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan-Avstriya Turizm Proqramından 222 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə olmaqla ümumilikdə 235 nəfər tələbə məzun olaraq iki diplom - ATMU və IMC Krems TEU-nun diplomlarını əldə ediblər.