Debitor borclar üzrə mühasib

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Debitor borclarının izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • Aging hesabatlarının hazırlanması;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının Opera PMS/ Fidelio sistemində bağlanılması;
  • Ayda ən azı bir dəfə problemli borclarla dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

  • Ali təhsilli olmalı;
  • Maliyyə sahəsində 1-3 illik təcrübə;
  • Güclü proses və planlaşdırma düşüncəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Microsoft Word, Excel, PowerPoint, Günəş,Opera PMS kompyuter proqramları ilə orta səviyyədə bilik olmalı;
  • Yaxşı elektron cədvəl və yazı bacarıqları olmalı;
  • Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  •  Yaş həddi 22-35.

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Debitor borclar üzrə mühasib) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.