İmtahan proqramları

Azərbaycan Turizm və Menecment Universitetinin doktorantura pilləsi üzrə təhsil alan doktorant və dissertantlar təhsil aldıqları müddət ərzində  digər fənlərlə yanaşı oxuduqları ixtisas üzrə imtahan verir. İmthan proqramları ATMU-nun akademik heyət üzvləri tərəfindən hazırlanmış və universitet rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Hər ixtisas proqramı həmin ixtisas üzrə əhatə olunan mövzular və imtahan suallarından ibarətdir. İxtisas üzrə daha dərin biliklərə yiyənlənmək üçün tövsiyə olunan ədəbiyyat siyahısı da ixtisas proqramlarında öz əksini tapmışdır.