Karyera məsləhəti haqqında

Karyera məsləhəti - ATMU Karyera və Kommunikasiya şöbəsinin tələbə və məzunlar üçün nəzərdə tutulan xidmətidir. Bu xidmətdən bütün tələbə və məzunlar yararlana bilər. Karyera məsləhəti çərçivəsində tələbələrlə təkbətək görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüş tarixi və vaxtı əvvəlcədən müəyyənləşdirilməlidir. Müraciətdən sonra bir həftə ərzində görüş vaxtı təyin edilə bilər. Karyera məsləhəti zamanı tələbə və məzunlara şəxsi inkişaf planının hazırlanması və portfolionun qurulmasına birbaşa dəstək verilir. CV-nin hazırlanması, iş və ya təcrübə proqramlarına müraciətin göndərilməsi, elektron şəbəkələrdə peşəkar profilin qurulması və s. karyera məsləhəti zamanı müzakirə oluna bilər. Görüş vaxtı almaq üçün aşağıdakı hiperkeçidə daxil olmağınız  xahiş olunur:

https://forms.office.com/r/jjud9g2ehg

 

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küç., 822/23,Bakı, Azərbaycan (Əsas tədris binası)

E-mail: karyera@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (118)