Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi universitetdə strateji inkişafla bağlı fəaliyyətləri koordinasiya edən, tədris və tələbə dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və metodiki materialların keyfiyyətini və dövlət standartlarının uyğunluğunu müəyyənləşdirən, eləcə də əlaqəli digər funksiyaları yerinə yetirən struktur vahiddir.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri ATMU-nun Strateji inkişaf planının hazırlanmasını koordinasiya edilməsi, onun icrasına nəzarət edilməsi, daxili və xarici keyfiyyət təminatı sisteminin işləkliyinin qiymətləndirilməsi məqsədilə audit və monitorinqlər həyata keçirilməsi, universitetin struktur bölmələrində ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğun olaraq təhsil pillələri üzrə keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə müvafiq təhlillər əsasında təkliflərin hazırlanması, maraqlı tərəflərin məmnuniyyətinin ölçülməsi, təklif və tövsiyələr əsasında fəaliyyətlərin icrasına nəzarət edilməsi və Əsasnaməsinə uyğun digər fəaliyyətlərin icra olunmasıdır.
Şöbə Əsasnaməsi ilə müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsi prosesində və hüquqlarını həyata keçirərkən ATMU-nun digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.