Kreditor borclar üzrə mühasib

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Təchizatçılar ilə əlaqələrin yaradılması və lazımi ilkin sənədlərin istənilməsi (elektron/kağız qaimələr, aktlar, hesab-fakturalar);
  • Daxil olan qaimələrin, aktların, hesab-fakturaların qəbul olunması, yoxlanılması və saxlanılması. Yaranan uyğunsuzluqların təchizatçılar ilə həll edilməsi;
  • Təchizatçılar ilə üzləşmə aktlarının hazırlanması;
  • Kreditorlar üzrə gündəlik hesabatların hazırlanması və mühasibatlıq proqramına işlənilməsi;
  • Ödənişlərin icra edilməsi üçün daxili tələblərin hazırlanması;
  • Təchizatçılar üzrə məlumat bazasının aparılması;
  • Gündəlik kassa əməliyyatların aparılması və sənədləşməsi;
  • Kassa üzrə gündəlik hesabatların hazırlanması;
  • Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetiririlməsi;
  • Ay sonu müştərilərin aylıq ödənişlərinin günlər üzrə yoxlanılması;
  • Müqavilələrdə kreditor bölümünə aid olan maddələrə baxır və lazım olan rekvizitləri daxil edir və müvafiq proqrama müqavilənin şərtlərini daxil edir;
  • Müvafiq proqramda yerli şirkətlərin həftəlik ödəmə planını hazırlayır;
  • Lazım gələrsə mühsaibatlıq üzrə digər əməliyyatların aparılması üçün komandaya dəstək olmaq;
  • Kreditorlar üzrə yaşlanma hesabatını hazırlamaq və nəzarət etmək;
  • Ayın bağlanmasının koordinasiya edilməsi və baş kitabla üzləşdirilməsi;
  • AP balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları düzəltmək;
  • Sənədləşmə üzrə diqqətli və məsuliyyətli olmalı.

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

  • Ümumi mühasibatlıq bilikləri olmalı;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə biliklərə sahib olmalı;
  • Ali təhsilli olmalı;
  • Fəal olması və komandada işləmək bacarığı;
  • Detallara diqqət yetirmək bacarığı olmalı;
  • Güclü proses və planlaşdırma düşüncəsinə sahib olmalı;
  • Microsoft Word, Excel, PowerPoint, Günəş, SPM, ERP daxil olmaqla kompyuter proqramları ilə orta səviyyədə bilik olmalı;
  • Analitik bacarıqlar olmalı;
  • Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Yaş həddi : 22-35.

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Kreditor borclar üzrə mühasib) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.