ATMU-nun iştirak etdiyi beynəlxalq mübadilə proqramlarından biri tələbə və akademik heyətin Türkiyə ali məktəbləri ilə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan və Türkiyə Respublikası höküməti tərəfindən formalaşdırılan Mevlana Mübadilə proqramıdır.

Mevlana Mübadilə Proqramı Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən təhsil proqramıdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə keçməsi və təhsilini davam etdirməsi mümkündür.

Proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.

Proqram çərçivəsində tələbələr üçün aylıq təqaüd müəyyənləşdirilmişdir. Belə ki, mübadilədə iştirak edəcək tələbələr 1400 TL miqdarında təqaüd alırlar. Bu miqdarın 70%-i hər ay, 30%-i isə tələbənin son nəticədəki müvəffəqiyyətindən asılıdır. Akademik heyət ətraflı məlumatı Mevlana proqramının rəsmi veb səhifəsindən ala bilərlər.

Proqram iştirakçısı olan tələbələr formal təhsil aldığı universitetdə ödəməli olduğu təhsil haqqından başqa hər hansı bir ödəniş etmir. Həmçinin, tələbə formal təhsil aldığı zaman hər hansı bir təqaüd alırdısa, təqaüd davam edir.

Akademik heyət isə müəyyən miqdarda ödəniş alır və yol xərcləri ödənilir.

Proqramda tədris dili proqram iştirakçısının proqram vasitəsi ilə seçdiyi  ixtisasın tədris dili və müəlllimlər üçün tədris etdiyi fənnin tədris dilinə əsasən müəyyən olunur.

Proramın müddəti tələbələr üçün bir semestr və ya iki semestr, akademik heyət üçün minimum bir həftə, maksimum üç ay müəyyənləşdirilmişdir.

ATMU son illər ərzində Mevlana Mübadilə Proqramına qoşularaq Türkiyə Respublikasının fərqli şəhərlərində fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, Mevlana Mübadilə proqramı çərçivəsində Gazi Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), Ege Universiteti (Izmir), Sakarya Universiteti (Sakarya), Kastamonu Universiteti (Kastamonu), İstanbul Universiteti (İstanbul) , Ankara Universiteti (Ankara), Eskişehir Osmangazi Universiteti (Eskişehir), Anadolu Universiteti (Eskişehir) kimi önəmli ali təhsil müəssisələri ilə ATMU arasında tərəfdaşlıq müqavilələri imzalanmış və bunun nəticəsində son 6 ildə 20 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilmişdir. Proqram çərçivəsində fərqli ixtisaslar üzrə tərəfdaş universitetlərin professor-müəllim heyəti ATMU-da müxtəlif vaxtlarda uyğun ixtisaslar üzrə tədris aparmışlar. Eyni təhsil imkanlarından istifadə ATMU-nun müəllim heyəti üçün də mümkün olmuşdur. Hal-hazırda məlum beynəlxalq təhsil proqramı çərçivəsində yeni universitetlər ilə əməkdaşlıqlar qurulması istiqamətində işlər davam etdirilir.

Akdeniz Universiteti

Akdeniz Universiteti

Akdeniz Universiteti Türkiyə Respublikasının Antalya şəhərində yerləşir. 1982-ci ildə qurulmuş olan Akdeniz Universiteti Türkiyədə turizm ixtisası üzrə ən qabaqcıl ali təhsil müəssisələrindən biri sayılır. Dövlət universiteti statusuna malik olan tərəfdaş universitetdə hal-hazırda 74 000 tələbə təhsil alır. Mevlana mübadilə proqramı çərçivəsində ATMU və Akdeniz Universiteti arasında əməkdaşlıq 2014-cü ilin mart ayının 27 dən başlamışdır. Bu günədək məlum proqram çərçivəsində 4 nəfər ATMU tələbəsi tərəfdaş universitetdə təhsil almışdır. Bununla yanaşı Akdeniz universitetinin 2 nəfər akademik heyət üzvü ATMU-da, ATMU-nun 1 nəfər akademik heyət üzvü isə tərəfdaş universitetdə tədris aparmışdır.

Ankara Universiteti

Ankara Universiteti

Ankara Universiteti Türkiyə Respublikasının Ankara şəhərində yerləşir. Dövlət universiteti olan Ankara Universitetinin bünövrəsi 1946-cı ildə qoyulmuşdur. Hal-hazırda universitet 46 000 tələbə nüfüzu ilə Türkiyənin ən qabaqcıl universitetlərindən biri sayılır. Mevlana proqramı çərçivəsində ATMU və Ankara universiteti arasında əməkdaşlıq 2018-ci ilin dekabr ayının 12-dən başlamışdır. Bu günədək ATMU-nun 2 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Ege Universiteti

Ege Universiteti

Ege Universiteti Türkiyə Respublikasının İzmir şəhərində yerləşir. Dövlət universiteti olan Ege Universitetinin bünövrəsi 1955-ci ildə qoyulmuşdur. Hal-hazırda universitet 65 000 tələbə nüfüzu ilə Türkiyənin ən qabaqcıl universitetlərindən biri sayılır. Mevlana proqramı çərçivəsində ATMU və Ege universiteti arasında əməkdaşlıq 2014-cü ilin dekabr ayının 18-dən başlamışdır. Bu günədək ATMU-nun 1 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Gazi Universiteti

Gazi Universiteti

Gazi Universiteti Türkiyə Respublikasının Ankara şəhərində yerləşir. Gazi Universitetinin əsası 1926-cı ildə qoyulmuşdur. Hal-hazırda universitet 65 000 tələbə nüfüzu ilə Türkiyənin ən önəmli dövlət universitetlərindən biri hesab edilir. Mövlanə proqramı çərçivəsində ATMU və Gazi universiteti arasında əməkdaşlıq 2014-cü ilin mart ayının 3-dən başlamışdır. Bu günədək ATMU-nun 4 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Hacettepe Universiteti

Hacettepe Universiteti

Hacettepe Universiteti Türkiyə Respublikasının Ankara şəhərində yerləşir. Hacettepe Universitetinin əsası 1967-ci ildə qoyulmuşdur. Hal-hazırda universitet 50 000 tələbə nüfüzu və 98 elmi araştırma mərkəzi ilə Türkiyənin ən önəmli dövlət universitetlərindən biri hesab edilir. Mevlana proqramı çərçivəsində ATMU və Hacettepe universiteti arasında əməkdaşlıq 2019-cu ilin oktyabr ayının 1-dən başlamışdır. Bu günədək ATMU-nun 2 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

İstanbul Universiteti

İstanbul Universiteti

İstanbul Universiteti Türkiyə Respublikasının İstanbul şəhərində yerləşir. Tərəfdaş Universitetinin müasir formada əsası 1933-cü ildə qoyulmuşdur (ilk dəfə 1453-cü ildə universitet olaraq fəaliyyətə başlamışdır). Hal-hazırda universitet 88 000 tələbə nüfüzu və xeyli sayda elmi araştırma mərkəzi ilə Türkiyənin ən önəmli dövlət universitetlərindən biri hesab edilir. Mevlana proqramı çərçivəsində ATMU və İstanbul universiteti arasında əməkdaşlıq 2018-ci ilin dekabr ayının 12-dən başlamışdır. Bu günədək ATMU-nun 1 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Sakarya Universiteti

Sakarya Universiteti

Sakarya Universiteti Türkiyə Respublikasının Sakarya şəhərində yerləşir. Sakarya Universitetinin əsası 1970-ci ildə qoyulmuşdur. Hal-hazırda universitet 53 000 tələbə nüfüzu ilə Türkiyənin qabaqcıl dövlət universitetlərindən biri hesab edilir. Mevlana proqramı çərçivəsində ATMU və Sakarya universiteti arasında əməkdaşlıq 2015-ci ilin may ayının 20-dən başlamışdır. Bu günədək ATMU-nun 4 nəfər tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Mevlana Mübadilə Proqramı Müqaviləsini imzalayan univeristetlərdə fəaliyyət göstərən müəllimlər və həmin universitetlərdə təhsil alan bakalavriatura, magistratura və doktorantura pillələrinin tələbələri proqrama müraciət edə bilər. Tələbələr ali təhsilin bakalavriatura, magistratura və doktorantura pillələrində təqaüdlü tələbə olaraq proqramda yalnız bir dəfə iştirak edə bilərlər. Akademik heyət isə eyni tədris ilində bir dəfə iştirak edə bilərlər.

Mevlana Mübadilə Proqramına aşağıdakı ixtisaslar üzrə təhsil alan tələbələr müraciət edə bilərlər: ​

  • Turizm işinin təşkili
  • Marketinq
  • Menecment
  • Beynəlxalq münasibətlər
  • Qida mühəndisliyi
  • Sosial iş

Proqrama müraciət etmək üçün aşağıdakı şərtlərə cavab vermək ödənilməlidir​:

  • Müraciət edilən zaman tələbənin ATMU-nun bakalavr, magistratura və ya doktorantura pilləsinin tələbəsi olması;
  • Bakalavr tələbələrinin ümumi akademik qiymət ortalamasının minimum 70, magistratura və ya doktorantura tələbələri üçün minimum 75 olması;
  • 50% dil biliyi üzrə göstərici + 50% qiymət ortalaması.

Müraciət üçün:

  • Mevlana proqramının veb səhifəsindəki məlumatlarla yaxından tanış olmalı.Tərəfdaş universitetlərin siyahısından münasib ali təhsil müəssisəsi seçilməli;
  • Universitetin proqram koordinatorluğu vasitəsi ilə seçilən universitetlə əlaqə saxlanılmalı və hazırda oxuduğu bölümü ilə məsləhətləşib iştirak ediləcək  dərslər müəyyənləşdirilməli;
  • Qəbul olunduqdan sonra növbəti semestrdə təhsil müvafiq universitetdə davam etdirilməlidir.
Mevlana Mübadilə Proqramı Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən təhsil proqramıdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.
Mevlana Mübadilə Proqramı Müqaviləsini imzalayan Universitetlərdə fəaliyyət göstərən müəllimlər və həmin universitetlərdə təhsil alan bakalavriatura, magistratura və doktorantura pillələrinin tələbələri proqrama müraciət edə bilər.
• Mevlana proqramın veb-səhifəsindəki məlumatlarla yaxından tanış olmaq; • Partnyor universitetlər siyahısından münasib ali təhsil müəssisəsini seçmək; • Universitetin proqram kordinatorluğu vasitəsi ilə seçilən universitetlə əlaqə saxlamaq və hazırda oxuduğu bölümü ilə məsləhətləşib alacağı dərsləri müəyyənləşdirmək; • Qəbul aldıqdan sonra növbəti semestrdə təhsilini müvafiq universitetdə davam etdirmək.
Proqramda iştirak edəcək tələbələr 960 TL miqdarında təqaüd alacaqlar. Bu miqdarın 70%-i hər ay, 30%-i isə tələbənin son nəticədəki müvəffəqiyyətinə bağlıdır.
• Müraciət edilən zaman tələbənin ATMU-nun bakalavriatura, magistratura və ya doktrantura tələbəsi olması; • Bakalavr tələbələrinin ümumi akademik qiymət ortalmasının ən az 70, magistratura və ya doktorantura tələbələri üçün ən az 75 olması; • 50% dil biliyi üzrə göstərici + 50% qiymət ortalaması.
• Formal təhsil aldığı universitetdə ödəməli olduğu təhsil haqqından başqa hər hansı bir ödəniş etmir. • Formal təhsil aldığı zaman hər hansı bir təqaüd alırdısa, təqaüdü almağa davam edir.
• Turizm və otelçilik • Turizm işinin təşkili • Marketinq • Menecment • Beynəlxalq münasibətlər • Qida mühəndisliyi • Sosial iş
Proqram iştirakçısının proqram vasitəsiylə seçdiyi ixtisasın tədris dili üzrə təhsilini davam edir.
Tələbələr üçüm proqram üzrə təhsil müddəti bir semestr və ya iki semestr ola bilər. Bu məlumat elanda öz əksini tapır.
Tələbələr ali təhsilin bakalavr, magistratura və doktrantura pillələrində təqaüdlü tələbə olaraq proqramda yalnız bir dəfə iştirak edə bilərlər.
Əlavə suallarınız yarandığı halda, ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa və ya mevlana@atmu.edu.az e-mail ünvanına müraciətinizi göndərə bilərsiniz.