Mühasib

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması;
  • Vergi orqanları ilə yazışmalar;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Əməliyyatların Günəş proqramında işlənməsi;
  • Bank və kassa əməliyyatları;
  • Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s);
  • E-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin hesablanmasını və DSMF-yə göndərilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
  • A.R. Vergi Məcəlləsini orta səviyyədə bilmək;
  • Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

  • Ümumi mühasibatlıq bilikləri olmalı;
  • Ali təhsilli olmalı;
  • Fəal olması və komandada işləmək bacarığı;
  • Güclü proses və planlaşdırma düşüncəsinə sahib olmalı;
  • Microsoft Word, Excel, PowerPoint daxil olmaqla kompyuter proqramları ilə orta səviyyədə bilik olmalı;
  • Analitik bacarıqlar olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Yaş həddi : 22-35;
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər.

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mühasib) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.