Peşəkar inkişaf imkanları

ATMU Karyera və Kommunikasiya şöbəsi tələbə və məzunların peşəkar inkişafını yüksəltmək, eləcə də onlarda analiti düşüncə, biznes idarəçilik vərdişləri, kreativlik və sair peşəkar bacarıqları aşılamaq məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər, seminar və təlimləri təşkil edir. Bundan başqa, müəssisələrə ekskursiyalar, qısa müddətli tanışlıq tədbirləri, müəssisələrin təqdimatı, universitetə sənayedən qonaq məruzəçilərin dəvəti və digər əlaqəli fəaliyyətlər də Karyera və Kommunikasiya şöbəsinin hədəflərindəndir. 

Təşkil olunmuş tədbirlər və gələcəkdə nəzərdə tutulmuş imkanlar haqqında məlumatları ictimaiyyətə daimi olaraq çatdırmaq məqsədilə ATMU veb-saytı və universitetin sosial şəbəkələrdəki rəsmi səhifələrdə elanlar paylaşılır.

Design’AR 2020

Design’AR 2020

Haqqında: qrafik dizayner Elçin Mahmudzadənin təqdimatında Adobe İllustrator proqramında üç günlük (loqo, korporativ üslub və brendbuk) təlim
Məqsəd: ATMU məzun və tələbələrin yaradıcılıq və dizaynerlik bacarıqlarının artırılması
Keçirilmə tarixi: 10-13 iyul 2020 (3 günlük təlim)
Keçirilmə forması: onlayn (Zoom)
İştirakçılar: yalnız ATMU tələbə və məzunlar
Nəticə: 15 tələbə iştirak etdi, sonda tələbələr özləri yeni loqo hazırladı. 3 tələbənin işi fərqləndi, “ən yaxşı iş”-in qalibi olan bir tələbə bir aylıq təcrübə üçün seçiləcək.

ReStart 2020

ReStart 2020

Haqqında: "Hospitality Insights" ilə birgə əməkdaşlıq çərçivəsində
Məqsəd: Müasir dövrün aparıcı tələbləri ilə tələbələri tanış etmək, mütəxəssislərin təcrübəsini paylaşmaqla, gəncləri peşəkar inkişaf istiqaməti seçməkdə onlara dəstək olmaq.
Keçirilmə tarixi: 29 avqust - 18 oktyabr (həftədə bir dəfə)
Keçirilmə forması: onlayn (Zoom)
İştirakçılar: hər kəs
Nəticə: Təlimlər hələ də davam edir.

HR Talks 2020

HR Talks 2020

Haqqında: İnsan resursları üzrə müxtəlif mövzularda çıxışlar.
Məqsəd: İş axtaranlar üçün müxtəlif müəssisələrin vakansiyalar, işə qəbul prosesi və s. barədə məlumat, peşəkar portfolionun və profilin qurulması, eləcə də insan resurslarında çalışan və ya çalışmaq istəyən gənc kadrların bilik və bacarıqlarının artırılması.
Keçirilmə tarixi: 29 avqust - 18 oktyabr (həftədə bir dəfə)
Keçirilmə forması: onlayn (Zoom)
İştirakçılar: hər kəs
Nəticə: (hələ davam edir)

Experience Talks

Experience Talks

Haqqında: Müxtəlif mövzular üzrə çıxışlar.
Məqsəd: Tələbələrin marketinq, layihələrin idarəedilməsi və s mövzularda bilik və bacarıqlarının artırılması.
Keçirilmə tarixi: 11 dekabr - 19 yanvar (həftədə bir dəfə)
Keçirilmə forması: onlayn (Zoom)
İştirakçılar: hər kəs
Nəticə: (hələ davam edir)