Ümumi məlumat

Tələbə Gənclər Təşkilatının üzvləri olan tələbələr tərəfindən Azərbaycan Turizm və Menecment universitetinin daxilində intellektual yarışmalar,idman yarışları, debat çempionatları, sərgilər, musiqi festivalları və s. kimi tədbirlər keçirilir. TGT-nin tərkibində yaradılan klublar tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini, onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasını təmin edir.

TGT tərkibində aşağıdakı klublar fəaliyyət göstərir:

ATMU Debat klubu
ATMU Debat klubu 2012-ci ilin dekabr ayında yaradılmışdır. Klubun əsas məqsədi debatçılar yetişdirmək, gənclərə debatı aşılamaq və onların da özlərindən sonrakı gənclərə debatı öyrətməsi üçün şərait yaratmaqdır. Gənclərin özlərini ifadə etmək bacarıqlarının yaradılması və inkişaf etdirilməsi klubun digər məqsədləri sırasındadır. Hal-hazırda klub rəhbəri Menecment ixtisasının 3-cü kurs tələbəsi Rəhman Şərifovdur.
Klub 2019-cu ildə TGT sədrinin göstərişinə əsasən tələbə gənclərin vaxtlarını daha səmərəli, əyləncəli keçirməsi, eyni zamanda onların maarifləndirməsi məqsədilə bir-birindən fərqli tamaşaların səhnələşdirilməsi məqsədilə təsis edilmişdir. Teatr klubu müxtəlif bayramlara, görkəmli yazıçıların əsərlərinin maraqlı hissələrinə, faciələrə və eləcə də ölkə tarixində yer alan digər önəmli günlərə həsr olunmuş tamaşaların hazırlanması ilə məşğuldur. Bundan əlavə 2012-ci ildə fəaliyyətini dayandırmış KVN klubu da 2019-cu ildən Teatr klubu daxilində fəaliyyətini davam elətdirir. Klub rəhbəri Turizm Otelcilik ixtisasının ikinci kurs tələbəsi Coşqun Paşayevdir.
ATMU Musiqi Klubu 2013-cü ildən fəaliyyət göstərir. ATMU Musiqi Klubunun əsas öhdəlikləri musiqi bacarığı olan tələbələrin kluba cəlb edilməsi, onların bacarıqlarının inkişaf etdirilib, nümayiş olunmasıdır. Klub rəhbəri Menecment ixtisasının ikinci kurs tələbəsi Altun Əsədzadədir.
Klub 2019 cu ildə “Tərcümə” ixtisasının tələbəsi Gülnarə Əskərova tərəfindən yaradılmışdır. Klubun məqsədi tələbələrin asudə vaxtlarını daha səmərəli şəkildə dəyərləndirməsi, kitaba olan marağın tələbələr arasında artırılması, eyni zamanda universitetimizdə təhsil alan kitab sevərləri bir araya toplamaqdır.
2016 -cı ildə Sənan Zeynallı tərəfindən təsis edilmişdir. Lakin, hal-hazırda Klub fəaliyyət göstərmir.Yaxın zamanlarda klub rəhbərliyi üçün vakansiya elan olunacaq. Klubun məqsədi tələbələrə vətən sevgisini aşılamaq,eyni zamanda vətənpərvərlik hissi ilə daima fərqlənən tələbələri bir araya toplayıb onlarla birlikdə xüsusi tədbirlər,layihələr həyata keçirməkdir.