Azərbaycan Turizm Universitetinin Tələbə Həmkarlar Təşkilatı 30 sentyabr 2008-ci ildən fəaliyyət göstərir.
Tələbə Birliyi tələbə həyatının keyfiyyətinin yüksəldilməsi məsələlərinin birgə həlli məqsədilə ali məktəb tələbələrinin birliyidir. Bu özünüidarə forması tələbələrə universitetdə həyatın yaxşılaşdırılmasında fəal iştirak etməyə, onun inkişaf və özünü reallaşdırması üçün imkanlarından istifadə etməyə imkan verir.
THT aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:
1.Hüquqi yardım və maarifləndirmə - THT-nin ilk vəzifəsi hər bir tələbəyə onun hüquqlarının pozulmasının qarşısını almağa kömək edəcək əsas hüquqi normaları çatdırmaqdır.
2.Tədris-elmi işlər - Tələbə Həmkarlar İttifaqının tədris sektoru tədris prosesi, dərs və imtahan cədvəlləri, sınaq və imtahanların verilməsi üzrə komissiyaların işi və universitetdə təhsilin bir çox digər aspektləri ilə bağlı bütün məsələlər üzrə tədris-metodiki iş üzrə bilavasitə prorektorla qarşılıqlı fəaliyyət göstərir.
3.Sosial təminat - Sanatoriyalara göndərişlər, maddi yardım, tələbələrin sağlamlaşdırılması, idman tədbirlərinin təşkili, Donor Günü və sosial işin bir çox digər aspektləri THT-nin sosial təminat sahəsində gördüyü işlər sırasındadır. .
4.Mədəni-kütləvi işlər - THT bütün əyləncəli tədbirlər, həmçinin teatrlara, muzeylərə, kinoteatrlara və konsertlərə səfərlərin daxil olduğu mədəni-kütləvi işlər həyata keçirir.
5.İşədüzəltmə - Tələbə Həmkarlar İttifaqı ATMU-nun Kayera şöbəsi ilə sıx əməkdaşlıq şəraitində mövcud vakansiyalar haqqında məlumatlar əldə edir və tələbələri məlumatlandırır.
6.Təşkilati işlər - Həmkarlar ittifaqı komitəsinin iclasını keçirmək, yeni tədbirlər təşkil etmək, Həmkarlar İttifaqı biletlərini təqdim etmək, bütün protokolları yoxlamaq və s. THT-nin təşkilati işlər dairəsinə daxil olan işlərdir.
7.Könüllülük - THT tələbə gənclərin könüllü şəkildə uşaq evlərinə səfərlərində, müxtəlif konfrans və olimpiadaların keçirilməsi zamanı gələn qonaqlarla işin təşkilində yardım, eləcə də bir çox digər sahələrdə könüllü olaraq fəaliyyət göstərməsi işində iştirak edir.
8.Müxtəlif səviyyələrdə tələbələrin maraqlarının təmsil olunması üzrə iş - Fəallarımızın regional və Ümum Azərbaycan tələbə əlaqələndirmə Şuralarının və eləcədə müxtəlif tələbə təşkilatlarının tədbirlərində iştirakının təmini THT-nin fəaliyyət sahələrindən biridir.