IMC Krems Tətbiqi Elmlər Universiteti

IMC Krems Tətbiqi Elmlər Universiteti

ATMU və IMC Krems TEU arasında əməkdaşlıq 2007-ci ildə Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində qurulmuşdur. Səmərəli əməkdaşlıq çərçivəsində iki universitet arasında mövcud olan müqavilə əsasında 2020/2021-ci tədris ilinə kimi 222 nəfər bakalavr və 13 nəfər magistr məzun olmuşdur. Proqram çərçivəsində dərs deyən müəllimlər və ATMU-nun inzibati heyəti Avstriyada keçirilmiş təlimlərdə iştirak edib, qonaq müəllim qismində IMC Krems TEU-da universitetimizi təmsil etmişdir. AATP haqqında ətraflı məlumat əldə etmək üçün növbəti keçiddən istifadə edə bilərsiniz.

Yade Tətbiqi Elmlər Universiteti

Yade Tətbiqi Elmlər Universiteti

Yade Tətbiqi Elmlər Universiteti Almaniya Federativ Respublikasının Vilhemshaven şəhərində yerləşir. Universitetin əsası 2009-cu ildə qoyulmuşdur. ATMU və tərəfdaş universitet arasında əməkdaşlıq 2010-cu ildən başlamışdır. Son 10 il ərzində ATMU-nun 20 nəfərdən çox tələbəsi tərəfdaş universitetdə təhsil almışdır. Bununla yanaşı olaraq hər iki universitet müxtəlif beynəlxalq layihələrdə birgə iştirak etmişdir.

Kastamonu Universiteti

Kastamonu Universiteti

2006-cı ildən dövlət universiteti kimi fəaliyyətə başlayan Kastamonu Universiteti Türkiyə Respublikasının Kastamonu şəhərində yerləşir. ATMU və Kastamonu Universiteti arasında əməkdaşlıq 2013-cü ildən başlamışdır. Bu günədək 6 nəfər ATMU tələbəsi tərəfdaş universitetdə tələbə mübadiləsi istiqamətində təhsil almış eləcədə Kastamonu Universitetindən 3 nəfər tələbə ATMU-da eyni istiqamət üzrə 1 semester müddətində təhsil almışdır. Bununla yanaşı olaraq müəllim mübadiləsi istiqamtində tərəfdaş universitetin 1 nəfər akademik heyət üzvü ATMU-da qonaq olmuşdur.

Zheijang Yuexiu Xarici Dillər Universiteti

Zheijang Yuexiu Xarici Dillər Universiteti

Zheijang Yuexiu Xarici Dillər Universiteti Çin Xalq Respublikasının Shaoxinq şəhərində yerləşir. Universitetin əsası 1981-ci ildə qoyulmuşdur. Xarici dillər sahəsində Çin Xalq Respublikasında mövcud olan ən qabaqcıl ali təhsil müəssisələrindən biri sayılır. ATMU və tərəfdaş universitet arasında əməkdaşlıq 2018-ci ildən başlamışdır. Məlum əməkdaşlıq çərçivəsində ATMU-nun 6 nəfər tələbəsi tərəfdaş universitet tərəfindən təşkil edilən çin dili kurslarında iştirak etmişdir.

Rusiya Xalqlar Dostluğu Universiteti

Rusiya Xalqlar Dostluğu Universiteti

Rusiya Xalqlar Dostluğu Universiteti əsası 1960-cı ildən qoyulmuş olan dövlət universitetidir. Tərəfdaş universitet Moskva şəhərində yerləşir. ATMU və adıkeçən universitet arasında əməkdaşlıq 2017-ci ildən başlamışdır. Əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda ATMU-nun tələbə və müəllim heyəti tərəfdaş universitetin təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Cənub Federal Universiteti

Cənub Federal Universiteti

1915-ci ildən fəaliyyət göstərən tərəfdaş universitet Rusiya Federasiyasının Rostov şəhərində fəaliyyət göstərir. 2017-ci ildən etibarən ATMU və adıkeçən ali təhsil müəssisəsi arasında əməkdaşlıq başlamışdır. 2018/2019-cu tədris ilinin payız semestri ərzində tərəfdaş universitetin bir nəfər tələbəsi ATMU-da tələbə mübadiləsi əsasında təhsil almışdır.