SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 126
ATMU əməkdaşları Rumıniyanın Oradea Dövlət Universitetində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov, dosent əvəzi müəllim Samirə Əmirova, beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə 2-ci kurs magistranları Aysu Nağıyeva və Ləman Vəlizadə Rumıniyanın Oradea Dövlət Universitetində olublar. ATMU təmsilçiləri səfər çərçivəsində Şərqi Avropanın nüfuzlu unversitetlərindən sayılan Rumıniyanın Oradea Dövlət Universitetinin rəhbər şəxsləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı məsələlərini detallı müzakirə ediblər.

Qeyd etmək lazımdır ki,Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ali təhsil coğrafiyasına imza atdığı gündən təhsil,təcrübə və təlim prosesinin uğurlu həlli konteksində beynəlxalq əməkdaşlığın dinamik inkişafını diqqətdə saxlayır. Ölkəmizdə ilk dəfə olaraq Avstriyanın Krems İMC universitet ilə ikili diplom proqramından faydalanan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Türkiyə Cümhuriyyətinin Osman Qazi Universiteti ilə də müvafiq layihənin icrası istiqamətində fəaliyyət göstərir.

ATMU Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ERASMUS+” proqramı çərçivəsində dünyanın bir sıra nüfuzlu ali məktəblərilə əməkdaşlıqda maraqlıdır.