21.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 434
ATMU nümayəndələri orta ümumtəhsil məktəblərində görüş- təqdimatlar keçiriblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində ATMU-nun tanıtım – təqdimatı olub. Təbliğat-təşviqat tədbirlərinin təşkilində başlıca hədəf  şəhər məktəbliləri arasında savad və bacarığı ilə fərqlənən abituriyentlərin adıkeçən universitetin tələbə kontingenti sıralarında görməkdir. Azərbaycan Turizm və Menecment Universitetinin  təbliğat – təşviqat qrupunun üzvləri-Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi LaləQafarova, operator Əfsanə Hacıyeva, Xidmət şöbəsinin müdir müavini Arzu Qafarlı, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayeva, Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova, qurumun mütəxəssisi Alikper Rizayev, Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Cavid Məmçədov bugünün abituriyentləri, sabahın tələbələri sayılangənclər üçün keçirdikləri  təqdimat – görüşlərdə universitetin fəaliyyətində prioritet istiqamətlərdənsayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkədaxilivə xaricdə təcrübə semestrinin təşkili,keçid balları vəixtisaslar, tələbəlik illərində müvafiq sahədə çalışmaq imkanı, qəbul qrupları və s. məsələlərdən bəhs ediblər. Ümumilikdə şəhərimizin 26 orta ümumtəhsil məktəbində baş tutan təqdimat – görüşlərə  900-ə yaxın abituriyent qatılıb. Tədbir iştirakçılarına ATMU-nun loqosu əks olunan  çap məhsulları- buklet, kitabça və broşurlar  hədiyyə edilib.