SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 90
ATMU-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda VII Respublika elmi-praktik konfransı keçirildi

Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) “İdarəetmədə multikultural dəyərlər” mövzusunda VII Respublika elmi-praktik konfransı keçirilib. ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının dövlət siyasətində multikultural dəyərlərönəmli yerlərdən birini tutur. Sivilizasiyaların qovuşduğu məkanda yerləşən vətənimizdə mövcud tolerantlıq ənənələrinin kökü qədim dövrlərlə sərhədlənir.Ölkəmizdə əhalinin faiz göstəriciləri baxımından üstün olduğu azərbaycanlılarla – Azərbaycan türkləri ilə yanaşı, doğma diyarımızda talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, buduqlar, ruslar, kürdlər və s. milli və etnik azlıqlar ayrı-seçki sindromuna uğramadan əsrlər boyu mehribancasına, dinc – yanaşı yaşayırlar. Ötən əsrin sonlarında Ulu öndər Heydər Əliyevin 2-ci dəfəhakimiyyətə qayıdışı ilə ölkəmizdə separatizmə son qoyuldu. Prezident İlham Əliyevin “dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir”deyiminə istinad edən İ.Mədətov Azərbaycanda tolerantlıq kimi multikulturalizm  ideyalarına sadiqlik ənənəsini elmi faktlarla əsaslandırdı. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində müxtəlif millətlərdən olanvətən övladlarının da torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçdiklərinə şahidik-dedi. Bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə hörmət və diqqətin bariz nümunəsi sayılmalıdır.

Son illər çoxsaylı siyasi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi etməsini isə Azərbaycana beynəlxalq müstəvidə etimadın başlıca göstəricisi sayan rektor İ.Mədətov “İdarəetmədə multikultural dəyərlər”mövzusuna həsr olunan VII Respublika elmi-praktik konfransın gündəliyində yer alan məruzələrdəmultikultural dəyərlərin,eyni zamanda mədəni müxtəliflik üzrə iqtisadi nəticələrin müzakirəyə təqdimatından məmnunluğunu bildirdi. 

Universitetin Elm və innovasiya şöbəsinin müdirifizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəsirulla Nəsirli “Müasir universitetin təşkilati strukturu” mövzusunda çıxışında bildirdi ki, “Ali təhsil müəssisəsinin, onun maliyyə-iqtisadi əsaslarının və idarəetmə sisteminin bazar şəraitində yenidən qurulmasında məqsəd ölkənin yeni sosial - iqtisadi strukturuna adaptasiya olunmaq, ali təhsil sistemini rasionallaşdırmaqla bərabər, bazar mexanizmlərinə uyğunlaşdırmaq, tələb və təklif, istehlakçıların müraciətləri əsasında təhsil xidmətlərinin keyfiyyət əmsalını yüksəltmək, təhsil sistemində tarazlığa təminindən ibarətdir.”

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov “Azərbaycanda halal turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı məruzəsindəvətənimizin müsəlman ölkələrinin turizm sənayesi üçün getdikcə daha cəlbedici bir bazara çevrildiyini bildirdi. Həmçinin qeyd etdi ki, ümumi əhalisi 1,6 mlrd. nəfər və ya dünya əhalisinin 23%-ni təşkil edən müsəlman ölkələri çox gəlirli bir bazar olmaqla bərabər, xüsusilə müsəlman inancına və yaşam tərzinə uyğun xidmətdəmaraqlıdır. Son məlumatlara görə müsəlmanların halal səyahət xərcləri 2016-cı ildə 169 mlrd. ABŞ dolları (Thomson Reuters and DinarStandard, 2017), 2017-ci ildə isə müsəlman səyyahların sayı dünya üzrə 131 milyon nəfər (dünya üzrə beynəlxalq səyyahların 11%-i) təşkil edib.

Bölmə iclasları çərçivəsində fəaliyyətini davam etdirən elmi praktik konfransda 50-dən çox məruzə dinlənilib.