SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 93
Azərbaycan Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” adlı silsilə tədbirlər keçirildi

 

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, COP29-un Azərbaycanda keçirilməsi  Azərbaycanın iqlim məsələsindəüzərinə götürdüyü öhdəliklərə dəstək xarakterli olaraqAzərbaycan Turizm  Menecment Universitetində (ATMU) ATMU Tələbə Gənclər Təşkilatı (TGT), COP29 AzərbaycanƏməliyyat şirkətiAzərbaycan Tələbə Gənclər Təşkilatıİttifaqının (ATGTI) birgə təşkilatçılğı ilə “Ekoloji gələcəkhəftəsi” adlı 1 həftə müddətində silsilə layihələr həyata keçirilir.

Layihənin ilk günü “Gənc Yaşıl İnnovatorlar” adlıfestivalda ATMU-nun rektoru cənab İlham Mədətov tərəfindənaçıq elan edildiCənab rektor çıxışında ilk olaraq cənabprezidentin sərancamını vurğulayaraq  ölkəmizdə keçiriləcəkolan COP-29 tədbirinin faydalarından danışdı.

Açılış mərasiminə dəvət olunanlar arasında Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova və ATGTİ meneceri Bəxtiyar Quluzadə “Yaşıl dünya naminə” atılan addımlar Azərbaycandövlətinin milli hədəfləri sırasında bərpa olunan enerjimənbələrindən istifadə imkanlarının artırılmasına töhfə vermək qlobal çağırışlarda prioritet ölkələr sırasında yer almağınönəmli olduğunu vurğuladı.

Həmçinin qardaş Türkiyədən olan Emir Belli plastiktullantıların gələcək üçün yaratdığı təhlükənin gözardıedilməməsi  həlli yolları istiqamətində məlumat verdi.

Festivalın bədii hissəsi ATMU tələbələri Aysel Məmmədlinin "Azərbaycan Anaların Anasıifası, Həsən Novruzlunun "Gənclikrəqsi iştirakçılar tərəfindən alqışlarlaqarşılanıb.

Layihənin digər günü Dayanıqlı İnkişaf Məqsədləri Tələbə gənclər üçün” adlı Panel müzakirəsi həsr olundu. ATMU-nun Strateji İnkişaf üzrə prorektoru  həmçinin Dayanıqlı İnkişafüzrə işçi komandanın sədri Araz Aslanlının gələcəkyönümlüdayanıqlı məqsədləri əhatə edən çıxışından sonra panel müzakirəsini açıq elan edildi.

ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Dayanıqlı İnkişaf üzrə koordinatoru İranə Axundova moderatorolaraq panel müzakirəsinin məqsədindən bəhs edərək ATMU-nun dayanıqlı məqsədlər üzrə mövqeyi  bu istiqamət üzrəfəaliyyətlərin əhəmiyyətindən danışdı. Panel müzakirəsispikerləri AR-nın Dövlət Turizm Agentliyi Qoruqları idarəetməmərkəzinin mütəxəssisi  Dayanıqlı İnkişaf Məqsədləri üzrəişçi qrupunun üzvü Nərmin Hacızadə, ATGTİ-nin BeynəlxalqƏlaqələr  Donorlarla  üzrə meneceri Aysu Məmmədova Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir Hacı Mayılzadətəcrübə və tövsiyələrini dinləyicilər ilə bölüşdükdən sonra sual-cavab sessiyasında tələbələr aktiv iştirak etdilər.

Layihənin sonrakı 2 günü III “ATMUMUN Simulyasiya” konfransı adı altında öz işinə davam edib. Konfrans ATMU-nun Tələbə Klubları üzrə meneceri Yeganə Abbasova, ATMUMUNbaş katibi Zəhra Əfəndiyeva “MUN” haqqında məlumat verdikdən sonra AZMUN katibliyinin üzvü Ferhad Abbasovun çıxışı ilə açıq elan edildi. Konfrans 2 komitənin birgə 70 nəfərdən çox nümayəndəsinin iştirakı ilə azərbaycan və ingilis dilində keçirilib və iştirakçılar sertifikatla təltif olunublar.

Həmçinin silsilə tədbirlərin 2 günü böyük tələbə komandasının təşviqi və iştirakı ilə Şıxov ərazisində təmizlik aksiyası və Müşfiqabad qəsəbəsində Böyük Ağacəkmə aksiyası keçirilmiş, “Yaşıl dünya naminə” şüarı ilə eko-mühitin tarazlaşdırılması üzrə dünyaya çağırış etmişlər.

Sonda 7 ali təhsil müəssisəsi (ATM) və kollecləri (orta ixtisas təhsil müəssisələrinin) tərəfindən hazırlanan plastik tullantılardan geridönüşüm sərgisində qalib ATM tələbələrinin təltifolunma mərasimi keçirilib

“Ekoloji gələcək həftəsi” adlı silsilə tədbirin bağlanış mərasimində ATMU TGT sədri Samir Abdullayev Dayanıqlı İnkişaf üzrə məlumatlılığın tələbələr arasında artırılması yönündə belə layihələrin davamlı olacağını bildirdi.