SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 103
ATMU professoru Məhərrəm Zülfüqarlının AXC qurucularına həsr etdiyi yeni kitab

Azərbaycan Turizm və Menecment Universitetinin professoru tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (1887 (1893?) – 1920)” adlıkitabı işıq üzü görüb. Ön söz , “Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevin ictimai-siyasi fəaliyyəti”, “Sovet Rusiyasının 27 aprel 1920-ci il işğalından sonraH.H. Əfəndiyevə qarşı təzyiqlər və repressiya arxiv sənədlərində”adlı fəsillərdə Əhrar fraksiyasının digər üzvləri-Aslan bəy Qardaşov, Hacı Molla Əhməd Nuruzadə,  Muxtar Əfəndizadə , Qərib Kərimoğlu, Bayram Niyazi Kiçikxanlı, Hacı Əli Qasımoğlu, Abdulla bəy Qəbulovun  ictimai-siyasi fəaliyyətindən də bəhs olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri-Göyçaydan millət vəkili Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev 1920‐ci ilin martında Qarabağda baş vermis erməni qiyamının yatırılmasında könüllü iştirakdan az sonra, XI qırmızı sovet ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin işğalının ilk günü- aprelin 27-də həbs olunub. 3 iyun 1920‐ci il tarixdə güllələnən Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevə 73 ildən sonra- 5 yanvar 1993‐cü ildəbəraət verilib.

     ”Azərbaycan Xalq Cümhuriyyəti qurucuları,göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (1887(1893?)-1920)”adlı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Adıçəkilən kitabdan bəhrələnmək istəyənlər M.F.Axundov adına Mərkəzi Kitabxanasına və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına müraciət edə bilərlər.  

Kitaba ön sözü “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın Prezidenti, sabiq millət vəkili Elxan Süleymanov yazıb.