ATMU-nun Sosial menecment fakültəsinin “Qida mühəndisliyi” ixtisasının II kurs tələbələri “Qida sənayesi müəssisələrində texnoloji layihələndirmə”fənninin tədris planına müvafiq olaraq “Herba Flora” MMC-də olublar.
Praktik əhəmiyyətli dərs çərçivəsində ATMU tələbələri müəssisənin istehsal, qeyri-istehsal sahələri, lazımı avadanlıqların iş prinsipləri, xammal vəyarımfabrikatların saxlanılması,innovasiya və kreativ texnologiyalar, istehsal sahəsinin layihələndirilməsi,o cümlədən müəssisə tərəfindən məhsul və xidmətlərinintəhlükəsizliyinin,etibarlılığının və keyfiyyətinin qarantı sayılan İSO-21500 standartlarını hədəfləməsi barədə məlumatlandırılıblar.
“Herba Flora” MMC-də baş tutan praktik dərssaatı ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının dosenti Çingiz Əliyev tərəfindən təşkil olunub.