SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 125
ATMU-da “Yekun hesabat və təltifnamə” adlı görüş olub

   Azərbaycan Turizm və Menecment Universitetində 27.05.2024-cü il tarixdə universitetin Tələbə Elmi Cəmiyyəti(TEC) idarə heyətinin təşkilatçılığı ilə “Yekun hesabat və təltifnamə”adlı görüş olub.

       Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) rektoru İlham Mədətov, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Strateji inkişaf məsələləri üzrə prorektor Araz Aslanlı, Elm və innovasiya şöbəsinin müdiri Nəsir Nəsirli və rektor müşaviri Əli Musayevin iştirakı ilə keçirilən  tədbirdə Tələbə Elmi Cəmiyyətin (TEC) fəaliyyət planı təhlil edilib, idarəetmə strukturunun cari vəziyyəti nəzərdən keçirilib. TEC-in fəaliyyətində diqqət çəkənliyin  təmini məqsədilə  tövsiyyələr verilib.

 “Yekun hesabat və təltifnamə” adlı tədbirin sonunda Azərbaycan  Turizm və Menecment Unuversiteti (ATMU) Tələbə Elmi Cəmiyyəti (TEC) idarə heyəti üzvlərinin fəaliyyəti sertifikatlarla mükafatlandırılıb.