SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 196
ATMU təmsilçisi İsveçin Kral Texnologiya Universitetində

Mingəçevir Dövlət Universitetinin koordinatoruolduğu, Avropa Komissiyasının maliyyə dəstəyi iləhəyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “Erasmus+” layihəsi çərçivəsində nəzərdə tutulan 4-cü fəaliyyət zərfinin icrasına başlanılıb

“Ali təhsilin inkişaf etdirilməsi” adlı növbəti təlim proqramına İsveçin Kral Texnologiya Universitetində start verilib. 27-31 may tarixlərini əhatə edən işgüzar səfərə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsindən nümayəndələr qatılıb. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm biznesi kafedrasının baş müəllimi, i.ü.f.d. Çinarə İmamverdiyeva təmsil edir. Nəzərdə tutulan 5 günlük təlim proqramında” Təhsilinfənn səviyyəsində keyfiyyətinin artırılması strategiyası”,“Keyfiyyət təminatı proseslərinin icrası”,“Akademik heyətin tədris bacarıqlarının inkişaf etdirilməsi”, “Təlim və dəstək xidmətlərinin vacibliyi”,“Davamlı inkişaf və sahibkarlıq qabiliyyətinin təhsilə inteqrasiyası”, ”Təhsil xidmətlərinin əlçatanlığında rəqəmsal texnologiyalardan istifadə”, “Tələbələrin peşə bacarıqlarının inkişafında tədris ənənələrindən bəhrələnmə üsulları”, ”Təlimin təkmilləşdirilməsi metodlarının araşdırılması” və s. mövzularda çıxış-təqdimatların təşkili nəzərdə tutulub.

“Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi”(ENGAGE)adlı “Erasmus+” layihəsi çərçivəsində icrasına başlanılan  4-cü fəaliyyət zərfində ölkəmizin  4 regionunda (Bakı, Gəncə, Naxçıvan və Mingəçevir) bir sıra təlimlərin təşkili də nəzərdə tutulub. Ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiya, sahə üzrə akademik kadrların təlimi, profilindən asılı olmadan bütün ixtisaslarda sahibkarlığın seçmə fənn kimi tədrisi, maliyyələşmə tədbirləri, sosial sahibkarlıqvə konsepsiyası,eyni zamanda qadın sahibkarların rolunun daha da genişləndirilməsi ilə bərabər,uyğuntəlimlərdə təxminən 500 tələbənin iştirakı məqsədə uyğun sayılıb.