SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 119
ATMU-da “Gələcək peşəkarlara dəstək” adlı silsilə təlimlər başa çatdı

Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Paşa Malls” MMC şirkətlər qrupunun layihəsi çərçivəsində “Gələcək peşəkarlara dəstək” adlı silsilə təlimlər başa çatıb.

Təlimlərin təşkilində əsas məqsəd korporativ mühitlə tanışlıq, peşəkar dünyaya adaptasiya, o cümlədən tələbələrin əmək bazarında özlərini reallaşdırılmalarından ötrü səriştə və bacarıq imkanlarının inkişafına təkan verməkdir.

Peşəkar təlimçilər tərəfindən gerçəkləşən tədbirdə“Paşa Malls” MMC ilə tanışlıq, qonaqpərvərlik və turizmin əsas meyarı, iş tapma strategiyaları, müsahibə,danışıq, ünsiyyət bacarıqları, emosional intellekt və s.məsələlərdən ətraflı bəhs olunub. “Gələcək peşəkarlara dəstək” adlı təlimlərin gedişatında müxtəlif testlər,viktorinalar və sual-cavab bölümləri tələbələr tərəfindən maraqla qarşılanıb.

​Qeyd etmək lazımdır ki, “PAŞA Malls” MMCüstün dəyərlərə sahiblənmək və dünya səviyyəli layihələrin müəllifi iddiasında qərarlıdır.