SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 115
ATMU-nun əməkdaşı Rumıniyanın Alexandru Ioan Cuza of Iası Universitetində “Azərbaycanda hotel biznesi”fənnini tədris edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi s.ü.f.d. Firuzə Raşova Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Alexandru Ioan Cuza of Iası Universitetinin Coğrafiya və geologiya fakültəsində təhsil alan tələbələrə “Azərbaycanda hotel biznesi” fənnini tədris edib.Akademik heyətin mobilliyi həftəsini şərtləndirən təlimlərdə Azərbaycanın coğrafiyası, tarixi, mədəniyyəti, turizm potensialı,eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) təhsil imkanlarından danışıb. Akademik mübadilə həftəsi çərçivəsində təşkil olunan beynəlxalq yarmarkada isə Azərbaycanı təmsil edib.

ATMU-nun baş müəllimi s.ü.f.d. Firuzə Raşova Rumıniyanın Alexandru Ioan Cuza of Iası Universitetitərəfindən sertifikatla mükafatlandırılıb.