SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 127
ATMU-nun dekanı Türkistanda universitetin akkreditasiyasında iştirak edib

   May ayının 29-31-də Türkistan şəhərində (Qazaxıstan)yerləşən Beynəlxalq Turizm və QonaqpərvərlikUniversitetinin instutisional akkreditasiyası keçirilib. Akkreditasiyanın işində ATMU-nun dekanı, dosentBahadur Bilalov beynəlxalq ekspert statusunda iştirakedib. Qeyd edək ki, Türkistandakı universitet 2020-ci ildəQazaxıstanın İdman və Turizm nazirliyinin nəzdindəyaradılıb.  Bu il ilk məzunları sənayeyə təqdim edəcək. Fəaliyyət göstərdiyi qısa dövrdə nazirliyin dəstəyi ilə genişmaddi-texniki baza, inzibati bina, tədris korpusu vəyataqxana, idman kompleksi ilə təmin olunan universitetpeşəkar kadr hazırlığında dünyanın qabaqcıl ali məktəbinəçevrilməyi hədəfləyir. Qısa müddətdə BMT ÜTT-ninüzvlüyünə qəbul olunan ali təhsil ocağı Türkiyənin YÖK tərəfindən də tanınıb. Universitet akkreditasiyadan yüksəkballa keçib.

 

B.Bilalovun bildirdiyinə görə universitetin uğurlarındatabe olduğu nazirliyin diqqət və yaxından köməkliyişəksizdir. Nazirlik hər il universitetə 800 tələbə kvotasıayırır və hər tələbə üçün universitetə illik 2200 dollar ödəyir.