SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 220
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2024/2025-ci tədris ili üçün qəbul planı təsdiqlənib.

Turizm sahəsində kadr hazırlığı aparan ilk Ali Təhsil Müəssisəsi olan Azərbaycan Turizm və Menecment Universiteti əmək bazarının tələbinə uyğun olaraq kadr potensialını təkmilləşdirmək mədsədi ilə təhsilin magistratura və bakalaviriatura pillələri üçün qəbul planında bir sıra dəyişikliklər etmişdir.

Belə ki, ATMU-nun bakalavr pilləsində 11 ixtisas üzrə ümumilikdə 590 plan yeri ayrılıb. Bunlardan Azərbaycan bölməsi 435 yer əyani, 55 yer qiyabi, Rus bölməsi 50 yer əyani, İngilis bölməsi üçün isə 50 yer əyani nəzərdə tutulub.

Magistr pilləsində isə 8 ixtisas  və 13 ixtisaslaşma üzrə ayrılan 200 plan yerindən 150-si Azərbaycan, 30-u rus, 20-si ingilis bölməsinin payına düşür.

ATMU-nun MBA proqramında isə 4 ixtisaslaşma üzrə ümumi 150 yer planlaşdırılıb.

Qəbul planının bakalavr pilləsi üzrə əlavə edilən “Biznesin idarəedilməsi”, “Beynəlxalq ticarət və logistika” ixtisaslarının hər biri üçün Azərbaycan bölməsi 25 yer(əyani) nəzərdə tutulub. 

Magistratura səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisasının “Beynəlxalq turizm və ölkəşünaslıq” ixtisaslaşmasında Azərbaycan bölməsi 20 yer, rus bölməsi 10 yer, ingilis bölməsi 10 yer planlaşdırılır.