SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 188
ATMU ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə edilib

 

Azərbaycan Turizm ve Menecment Universitetinin Strateji İnkişaf üzrə prorektoru Araz Aslanlının Türkiyə Respublikasının İstanbul şəhərinə səfəri zamanı ATMU-nun beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində növbəti addım atılmışdır. 
Araz Aslanlı ilə qardaş Özbəkistanın köklü (1930-cu ildə qurulmuş) və nüfuzlu universitetlərindən biri olan Fərqanə Dövlət Universitetinin prorektoru Zokir Rahimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
İki universitet arasında aparılan müzakirələr zamanı professor-müəllim heyətinin mübadiləsi, ixtisasartırma kursları və istehsalat təcrübəsinin təşkili ilə bağlı razılıq əldə olunmuşdur.