SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
13.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 288
Azərbaycan Turizm və Menecment Universiteti 2 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında

Dünyanın ən nüfuzlü beynəlxalq reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) “THE Impact 2024” reytinqi üzrə nəticələri elan edib. ATMU iki istiqamət üzrə dünyanıın ən reytinqli universitetləri arasında 801+ qrupunda yer tutub.

 

Azərbaycan Turizm və Menecment Universiteti ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri üzrə 1501+ sıralamasında dünyanın reytinqli universitetləri arasında yer alıb.

 

ATMU 8-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Layiqli əmək və iqtisadi artım” üzrə davamlı, əhatəli iqtisadi artım, tam və məhsuldar məşğulluq və layiqli iş mühitinin təşviqi üzrə dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda yer tutub.

 

ATMU 11-ci Dayanıqlı İnkişaf Məqsədi olan“Davamlı şəhərlər və icmalar” üzrə şəhərlər və yaşayış məntəqələrini əhatə edən təhlükəsiz, davamlı əlaqələrin inteqrasiyasının təşkili istiqaməti üzrə də eyni uğurlu nəticəni əldə edib və dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda yer tutub

 

4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli təhsil” üzrə ATMU dünyanın ən reytinqli universitetləri arasında 1001-1500 qrupunda dəyərləndirilib. Burada ATMU-da inklüziv və bərabər keyfiyyətli təhsilin təşkili ilə yanaşı, ömür boyu təhsil (lifelong learning) imkanları kimi göstəricilər nəzərə alınıb.

 

Dünyanın ən reytinqli universitetlərininümumilikdə dəyərləndirildiyi 7-ci istiqamət olan, 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə ATMU 1501+ sıralamasında yer alıb.