Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) 2023/2024–cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir. ATMU-nun rektoru İlhamMədətov şəffaflığı qorumaq, neqativ hallara imkanverməmək üçün İmtahan Qərargahına daxil olan hər birşikayətin, imtahanların təşkilində və gedişində baş verənnöqsanların operativ aradan qaldıralacağına əminliyinibildirib. ATMU-da imtahan qiymətləndirilməsindən narazıqalan tələbələrdən ötrü Apellyasiya Komissiyasınınyaradıldığını və “Qaynar xətt”in gün ərzində açıq olduğunudiqqətə çatdırıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası 31 may tarixində başlayaraq 5 həftə müddətində keçirilir. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10-14 iyun tarixlərində olacaq. ATMU-da 3 fakültə üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan ümumi 1413 tələbəyay imtahan sessiyasına qatılıb. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunub.Üzrlü səbəblərdən sessiya imtahanında iştirak etməyən tələbələr isə 3-5 iyun tarixlərində imtahan verə biləcəklər. Buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyası iyun aynın 25-də keçiriləcək.
İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 24 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq universitetin Təhsildə qiymətləndirmə şöbəsi tərəfindən, o cümlədən, dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının opeartiv nəzarət, tələbələrin biliyinin qiymətləndiriməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da yaradılan İmtahan Qərargahının sədrirektor İlham Mədətov, müavinləri prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. Rektor Ilham Mədətov, İmtahan Qərərgahının digər üzləri və valideynlər imtahan sessiyasının gedişatına nəzarət ediblər.