SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
24.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 300
ATMU-nun rektoru İlham Mədətov Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib

İyunun 21-də Naxçıvan  Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycanİcmasının birgə təşkilatçılığı ilə “QərbiAzərbaycana qayıdış” festival-konqres keçirilib.

Festival-konqres iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə güllərdüzüblər. Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi Zəngəzur Milli Parkında- Batabat yaylağında baş tutub.

Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalayıblar.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

2023-cü ilin antiterror tədbirlərində qazanılan möhtəşəm qələbəyə həsr edilən “Zəfər marşı” ifa olunub.

Festival-konqresin plenar iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü il sentyabrın 19-20-də isə dövlətimizin suverenliyinin təmin olunması vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaradıb. 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həmdə xalqımıza qarşı törədilmiş haqsızlıqlara birdaha nəzər salmaq fürsəti yaradacaqdır.

Səlahiyyətli nümayəndə bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasında hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərgi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaq.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin fəaliyyət proqramına aydınlıq gətirən Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların və  aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə dəqardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak ediblər.