SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.06.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 238
Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinirektor İlham Mədətov, Strateji İnkişaf üzrə prorektor ArazAlsanlı və Elmi işlər üzrə prorektor İranə Əliyeva təmsil ediblər. 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himnininsəslənməsi ilə başlayıb. Tədbiri giriş nitqi ilə Bakı BiznesUniversitetinin rektoru professor İbad Abbasov açıq elan edib. Rektor Bakı Biznes Universitetinin 2-ci böyük beynəlxalqlayihəsi olan “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin 2020-ci ildən 16 həlledici səshüququna malik yerli ali təhsil müəssisəsinin iştirakı iləfəaliyyətə başladığını, 2024-cü ilə qədər isə bu sayın 21-ə çatdığını vurğulayıb. Layihənin əsas məram vəməqsədi Azərbaycan ali təhsil müəssisələri arasındaşəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub.

Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm vəTəhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, BakıBiznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru EşqinBayramov və Universitet-sənaye əməkdaşlığı departamentinindirektoru Gülşən Bayramova, Əmək Bazarı və Sosial MüdafiəMəsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədriElnur Səfərli və xarici tərəfdaşların çıxışları iştirakçılartərəfindən maraqla qarşılanıb.

Hesabat mərhələsindən sonra layihə konsorsiumunun üzvüolan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinintəqdimat mərasimi keçirilib.Layihənin Avropadan olantərəfdaşları – Lissabon Texniki  Universitetindən İnsan resurslarıüzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq TəhsilTəşkilatından ali təhsil şöbəsinin rəhbəri  Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalqlayihələr üzrə direktoru cənab Christophe Terrase və İsveçinKral Texnologiya Universitetinin layihə meneceri cənab Viktor Kordas layihənin uğurlu yekunundan məmnun qaldıqlarınıbildiriblər.