SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.07.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 179
ATMU-nun dosenti beynəlxalq elmi konfransda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının dosentləri - i.ü.f.d. Arzu Hüseyn və i.ü.f.d. Yasəmən Abasovanın "Ekoloji Sahibkarlıq: Azərbaycanda Ekoturizmin Davamlı İnkişafına dair Empirik Tədqiqatlar" (Ecological Entrepreneurship: Empirical Research on the Sustainable Development of Ecotourism in Azerbaijan) adlı müştərək tədqiqat işi Serbiyanın Belqrad şəhərində keçirilən XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar vədayanıqlıq” adlı beynəlxalq elmi konfransın gedişatında həmmüəllif A.Hüseyn tərəfindən araşdırmanın yekun nəticələrinə aydınlıq gətirilib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı və aktuallıq müstəvisində gündəm mövzusu sayılan COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinə münasibət sərgiləyən A.Hüseyn müzakirələrin gedişatında Azərbaycanın işğaldan azad edilən ərazilərinin böyük ekoturizm potensialına malik olduğunu deyib. Azərbaycanda ekoturizm sahəsinə marağın artmasını real faktlarla isbatlayıb. Azərbaycanın ekoturizm potensialından bəhs edən təqdimat-çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq elmi konfransa təqdim edilən araşdırma nəticələrinin Scopus elmi bazasında indekslənən jurnallarda nəşr olunacağı iştirakçıların diqqətinə çatdırılıb.

XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalarvə dayanıqlıq” adlı beynəlxalq elmi konfransda ABŞ,Azərbaycan, Qazaxıstan, İspaniya, Serbiya, Xorvatiya,Bolqarıstan, Ukrayna, Bosniya və Hesoqovina, Polşa, Rumıniya,Şimali Kipr Türk Cumhuriyyəti və s. ölkələrin alimləri yaxındaniştirak ediblər.