SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.07.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 172
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İspaniyanın Valladolid Universiteti ilə əməkdaşlığını davam etdirir

Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetinin professoru Dieqo Vazquez ATMU-da qonaq olub. Bir həftə ərzində, professorun fəaliyyət istiqamətlərinə uyğun olaraq ATMU-nun müxtəlif şöbə və fakültələri ilə görüşlər təşkil edilib. Hər bir görüş universitetin müxtəlif sahələrdə təcrübə və bilik mübadiləsini genişləndirmək məqsədi daşıyıb. Professor, həmçinin ATMU-nun Kitabxana-İnformasiya Mərkəzində araşdırmalarla da məşğul olub. Araşdırma müddətində professor kitabxana resurslarından istifadə edərək müxtəlif akademik və elmi materialları tədqiq edib.

ATMU və Valladolid Universiteti arasında əməkdaşlıq gələcəkdə də müxtəlif layihələr və təşəbbüslər vasitəsilə genişləndiriləcək. Bu növ beynəlxalq əməkdaşlıqlar Azərbaycan təhsil sisteminin inkişafına və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə İspaniyanın Valladolid Universiteti arasında əməkdaşlıq 2017-ci ildən başlayıb. Bu müddət ərzində akademik heyət və tələbə mübadiləsi həyata keçirilib, iki universitet arasında əlaqələr daha da gücləndirilib.