SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.07.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 120
Şimali Qafqaz Federal Universitetinin rektoru ilə ATMU-da görüş keçirilib

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Rusiya Federasiyasının Stavropol şəhərində fəaliyyət göstərən Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və Beynəlxalq əlaqələr üzrə prorektor Albert Kumukov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayıb və onlara ATMU-da tədris prosesinin təşkili, mövcud fakultə və ixtisaslar, universitet çərçivəsində beynəlxalq əlaqələrin inkişaf dinamikası haqqında məlumat verib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Fedarasiyası arasındakı sarsılmaz əlaqələrin gündən-günə daha da möhkəmlənməsinin əhəmiyyətindən danışılıb. Çoxşaxəli əlaqələr sferasında təhsillə bağlı əməkdaşlığın önəmli olduğunu bildirən İ.Mədətov görüş çərçivəsində ATMU və Şimali Qafqaz Federal Universiteti arasında icrası nəzərdə tutulan təhsil məsələlərinin qarşılıqlı müzakirəsindən məmnun qaldığını deyib.

Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov da çıxış edərək adıkeçən universitet haqqında ətraflı məlumat verib və ATMU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Şimali Qafqaz Universitetinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən işgüzar görüş onu deməyə əsas verir ki, ATMU ali təhsil müəssisəsi kimi beynəlxalq əlaqələrin genişləndirilməsində maraqlıdır.