SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.07.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 123
ATMU növbəti dəfə İSO standartları üzrə sertifikata layiq görülüb

       Norveç Krallığının DNV, AS şirkətinin ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi, Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində isə İSO 21001:2018 – Təhsilin idarəedilməsi üzrə dövri audit keçirilib. Auditi uğurla tamamlayan ATMU “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində sözügedən İSO standartları üzrə fəaliyyətinə davam etməkdədir.   

       Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsi ilk dəfə 2019-cu ildə bu sertifikata layiq görülüb, ötən il isə həmin standart üzrə sertifikat müddətinin uzadılmasına nail olub. Bununla yanaşı, 2023-cü ildə Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində digər standart üzrə sertifikatlaşmanı uğurla başa çatdırıb.

       ATMU-nun adıçəkilən sertifikatlara layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.