SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.07.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 405
2024/2025-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) magistr pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!

2024/2025-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) magistr pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!

ATMU-ya 2024/2025-ci tədris ili üçün qəbul olunmuş tələbələr 9–18 iyul 2024-cü il tarixlərdə (18 iyul saat 18:00-dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa (ixtisaslaşmaya) yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Qeydiyyat üçün tələbələrin AKTİV istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir! Həmçinin qeydiyyat zamanı portalda tələbələrin iş nömrəsi və parolu tələb olunur.

PORTALDA QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

•Diplomun və ya Ali təhsil müəssisəsindən məzun olması haqqında arayışın surəti;

•İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün);

•Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti;

•Ağ fonda 3x4 ölçüdə fotoşəkil;

•Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əslinin surəti;

•Aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olan Təhsil haqqından azad olunan tələbələrin müvafiq sənədləri:

TƏHSİL HAQQINDAN AZAD OLUNAN TƏLƏBƏLƏRDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

Qeyd: 18 yaşı tamam olan tələbələr şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.

Qeyd: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:

Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.)

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1.       Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2.       Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” vəsiqəsinin surəti

 

Qeydiyyat və sənədlərlə bağlı ətraflı məlumat üçün:

Ünvan: Bakı şəhəri, Nərimanov ray., Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə

Fakültə: Turizm və qonaqpərvərlik

İxtisasın adı: Turizm və otelçilik

İxtisaslaşmanın adı: Turizm işi;  Otelçilik;  Beynəlxalq turizm və ölkəşünaslıq.

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (turizm və otelçiliyin idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 112)

Fakültə: Biznes idarəçiliyi

İxtisasın adı: Maliyyə

İxtisaslaşmanın adı: Maliyyə menecmenti; Maliyyə nəzarəti və audit.

İxtisas: İqtisadiyyat

İxtisaslaşma: Turizmin iqtisadiyyatı.

İxtisas: Menecment

İxtisaslaşma: Menecment (sahələr üzrə).

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (bank və sığortanın idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 128)

Fakültə: Sosial menecment

İxtisasın adı: Beynəlxalq münasibətlər;

İxtisaslaşma: Beynəlaxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi.

İxtisas: Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

İxtisaslaşma: Muzeyşünaslıq; Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi.

İxtisas:  Qida məhsulları mühəndisliyi

İxtisaslaşma: Qida təhlükəsizliyi

İxtisas: Sosial iş

İxtisaslaşma: Əhalinin sosial müdafiəsi; Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması.

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi); Biznesin təşkili və idarəedilməsi (sosial işin texnologiyası üzrə)

Əlaqə nömrəsi: +994 12 561 60 98 (daxili 206)