
5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” keçirilib.
Tədbir zamanı fəallığı ilə seçilən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və “Turizm Könüllüləri" Təşkilatının nümayəndələri Aytəkin Bədəlova, Mirəli Həsənzadə, İlham Bilalov və Rəminə Salayeva “İlin Könüllüsü" nominasiyası ilə təltif olunub!
Tələbələrimizi təbrik edir və onlara gələcək işlərində uğurlar arzu edirik!