25.07.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 615
ATMU-nun tələbəsi olmaq istəyənlərin nəzərinə!

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) öz missiyasına uyğun olaraq beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli və cəmiyyətin dayanıqlı inkişafına töhfə verəcək mütəxəssislər hazırlamağa davam edir.

ATMU hər zaman akademik azadlıq, biliyə maraq və müasirlik prinsiplərinə önəm verərək tələbələrinin seçimlərinə layiq təhsil müəssisəsi kimi fəaliyyət göstərib.

Öyrənmək, dəyişmək və dəyişdirmək kimi zəruri bacarıqları hədəfləyən ATMU 2024/2025-ci tədris ilində də qapılarını sizin üzünüzə açıb.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarını uğurla başa çatdıran abituriyentləri təbrik edir, onlara imtahan qədər önəmli olan universitet və ixtisas seçimi mərhələsində də uğurlar arzu edirik!

Biz də ATMU TGT komandası olaraq doğma universitetimizlə bağlı suallarınızı cavablandırmağa hər zaman hazırıq!

Tel: +994-(050)-602-49-12

Mail: students-union@atmu.edu.az

Ünvan: Koroğlu Rəhimov 822/23