COP birlik konfransları dünyada qlobal problemlərdən biri olan iqlim dəyişiklikləri ilə mübarizədə ölkələrin birgə səylərini birləşdirir. Bu toplantılar müxtəlif ölkələrin dövlət başçılarını, çoxsaylı beynəlxalq təşkilatları, qeyri-hökumət qurumlarını və media nümayəndələrini bir araya gətirir. Belə mötəbər beynəlxalq tədbirlərin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə inkişafı dəyərləndirmək, bu istiqamətdə daha böyük uğurlara nail olmaq və qlobal iqlim fəaliyyətləri üçün müəyyən çərçivələr yaratmaqdır.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Zeynalova “Xalq Qəzeti”nə müsahibəsində bildirib.
Ətraflı: https://xalqqazeti.az/az/musahibe/187992-cop29-odlar-yurdu-qlobal-iqlim