08.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 285
Hospitality Foundation Program

Əziz tələbə və məzunlar,

Nəzərinizə çatdırmaq istəyirik ki, Hospitality Insights-la birgə "Hospitality Foundation Program” layihəsinə başlayırıq.

İxtisas fərqi olmadan gələcəyini otelçilik istiqamətində görmək istəyən hər kəs layihəyə qoşula bilər. Əgər siz də bu proqramdan faydalanmaq istəyirsinizsə, "Müraciət məktubu" (motivation letter) yazaraq hospitality.insights@outlook.com e-mail ünvanına göndərə bilərsiniz. Məktubda özünüz və proqrama qoşulma səbəbiniz mütləq qeyd olunmalıdır.

Qeyd: Proqramın 2 ay müddətində onlayn davam etməsi nəzərdə tutulub. Hər bir görüş otelçilik sahəsində əhəmiyyətli olan sahələri əhatə edəcək.

Təqdimatçılar sənayedən seçilən peşəkarlardır.

Layihədə iştirak ödənişsizdir. Layihəni uğurla bitirən şəxslərə sertifikat veriləcək.

Müraciət üçün son tarix 14 Yanvardır!